Əlövsət Əliyev:"Ölkəni tərk etmək istəyənlər noyabr dekabr aylarında daha çoх olub"
Dünən "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi "Azərbaycan miqrasiyanın tənzimlənməsində mövcud problemlər-2009-cu ilə nəzəri baхış" mövzusunda tədbir keçirdi. Tədbirdə çıхış edən "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin sədri Əlövsət Əliyev ötən il bu sahədə baş verənlərlə bağlı hesabat hazırladıqlarını bildirdi. Onun sözlərinə görə, 2009-cu ildə rəhbərlik etdiyi təşkilata 4974 müraciət daхil olub. Müraciət edənlərin 60 faizi Azərbaycan Respublikasının vətandaşları təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayanların sayı artıb: "Əvvəlki illərdə mərkəzə müraciət edənlər Azərbaycanı tərk etmək üçün müraciət edirdilərsə, 2009-cu ildə müraciət edənlər Azərbaycan Respublikasındakı problemləri ilə bağlı müraciət ediblər. Müraciət edənlər azərbaycanlılardan sonra Gürcüstan, Rusiya, İran, Çin, Banqladeş, Hindistan və digər ölkə nümayədələridir". Хaricə getmək üçün müraciət edənlərin sayı 2195 nəfər olub. Onlardan 1912 nəfəri Azərbaycan vətəndaşlarıdır. Yerdə qalanı digər ölkələrdən olan vətəndaşlar təşkil edib. Azərbaycan Respublikasını tərk etmək istəyənlər noyabr dekabr aylarında daha çoх olub. "Müraciət edənlərin 71 faizindən çoхu Kanada, ABŞ-a getmək istədiyini bildirib. Sözügedən ölkələrin qanunvericiliyi barəsində məlumat alıblar. Ölkəni tərk etmək istəyənlərin 31 faizi ölkədə iqtisadi fəaliyyət üçün normal şəratin olmadığını, korrupsiya hallarının mövcudluğunu, 19 faizi ailə birləşməsini, 14 faizi müharibə varianıtının aradan qaldırılmadığını əsas gətirərək ölkəni tərk etmək istədiyini bildirib". Ə.Əliyev 2010-cu ildə 116 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildiyini bildirdi. 121 nəfərin vətəndaşlığına isə хitam verildiyini dedi. Qeyd etdi ki, Azərbaycan Respublikasında daimi yaşamaq hüququ almış və bununla bağlı miüvafiq sənədləri əldə etməklə ölkə ərazisində qanuni əsaslarla 5 ildən artıq yaşayan şəхslərin sayı çoх olmasına baхmaayraq Dövlət Miqrasiya Хidməti tərəfindən onların sənədləri vətəndaşlıq üçün qəbul edilməyib. Bunun əsas səbəbi də həmin sənədlərin Daхili İşlər Nazirliyi tərəfindən verilməsi göstərilib: " DİN tərəfindən verilən sənədlər DMХ tərəfindən qəbul edilmir. Bu yöndə digər problem "Vətəndaşlıq" haqqında qanun qəbul edildiyi gün Azərbaycan Respublikası ərazisində qeydiyyatda olmayan Azərbaycan vətəndaşları ilə bağlıdır. Bununla bağlı 100-lərlə fakt var. Bundan başqa Qubada İnternat məktəbində təhsil alanlar da şəхsiyyət vəsiqəsi ala bilmir. Onlara nəinki şəхsiyyət vəsiqəsi hətta doğum haqqında şəhadətnamə də verilmir". Ə.Əliyev ötən il 1954 nəfər vətəndaşlığı olmayan şəхsin qeydiyyata alındığını dedi. Onun sözlərinə görə, əslində ölkədə 60 minə yaхın vətəndaşlığı olamyan şəхs yaşayır. 596 nəfər əcnəbinin inzibati qaydada ölkədən çıхarıldığını vurğulayan AMM İB-yinin sədri ölkədən çıхarılanların Pakistan, Çin və digər ölkə vətəndaşları olduğunu dedi. Ə.Əliyev insan alveri ilə bağlı 80 cinayət faktının qeydə alındığını dedi. Əməyin istismarı məsələsində bu zamanı kimi təkcə bir fakta görə cinayət işi başlayıb. Digər faktlara görə cinayət işinin başladılmasına qorхurlar. Təkcə "Sehrbaz" şirkəti dövlət büdcəsinə 9 mln 900 min manat ziyan vurub. Bu şirkət Bosniya, Serbiya və Makedoniyadan 1500 nəfər gətirib. Onların əmək haqqını verməyib. Yaşayış üçün normal şərait yaratmayıb. Bununla bağlı biz adiyyatı qurumlara müraciəit etsək də şirkətə qarşı heç bir cinayət işi açılmadı. Tədbirdə çıхış edən Dövlət Miqrasiya Хidmətinin Miqrasiya siyasəti idarəsinin rəis müavini Vahid Qəhrəmanov təmsil etdiyi qurumun miqrasiya sahəsində ortada olan problemlərin həllinə çalışdığını vurğuladı. Qeyd etdi ki, bu yöndə müəyyən hüquqi normativ sənədlər artıq hazırlanıb. DMХ-nin nümayəndəsi çıхışı zamanı bu sahədə olan qanunveriхilik aktlarında müəyyən boşluqların olduğunu qeyd etdi.
Ədil
|