İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Xəzər rayonunda Binə qəsəbəsində Vaqif Salayevə məxsus mağazada və “Ailə market”də; Xətai rayonunda M.Hadi küçəsi, ev 1 ünvanında yerləşən “Mizan market”də; General Mehmandarov küçəsi, ev 2 ünvanında Rəhman İmanova məxsus mağazada; General Şıxlinski küçəsi, ev 1A ünvanında Mahir Quliyeva məxsus mağazada; Nəsrəddin Tusi küçəsi, ev 23 ünvanında Təşkilat Alıyevə məxsus mağazada; M.Rüstəmov küçəsi, ev 31 ünvanında Qoşqar Quliyevə məxsus mağazada; Nəsimi rayonunda Ş.Əzizbəyov küçəsi, 157 ünvanında yerləşən “24 saat market”də; X.Şuşinski küçəsi, ev 20 ünvanında Əli-Yusif Rzayevə məxsus mağazada; S.Vurğun küçəsi, 911-ci məhəllədə yerləşən “Anar market”də; Nərimanov rayonunda C.Hacıbəyli küçəsi, ev 36, mənzil 16 ünvanında Natiq Məmmədova məxsus mağazada; Nizami rayonunda R.Rüstəmov küçəsi, 2527-ci məhəllədə yerləşən “Emil market”də; Q.Qarayev prospekti, ev 76 C ünvanındakı “Evru market”də; Binəqədi rayonunda Binəqədi şosesi 53 ünvanında Mirbala Meybullayevə məxsus mağazada; Sumqayıt şəhərində 20 Yanvar küçəsi, 29-cu məhəllədə Natəvan Məmmədovaya məxsus mağazada; Şəki şəhərində S.Rəhman küçəsində Qüdrət İlyasova məxsus mağazada; Bərdə şəhərində H.Aslanov küçəsində Orxan İbrahimova məxsus mağazada; İ.Qayıbov küçəsində Yunis Zərgərova məxsus mağazada; Gəncə şəhərində M. Abbaszadə küçəsi, 72 ünvanında Nərminə Əsgərovaya məxsus mağazada; Şəmkir rayonunda Kür qəsəbəsində Xəyal Məmmədova məxsus mağazada; ümumi çəkisi 510 kq-dan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir. Bundan başqa, qeyd olunan obyektlərdə malların üzərində qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyən olunmuşdur. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
Xəbər Məlumatları
Rəy Bildir
Rəylər
Xəbər Başlığı :
510 kiloqram yararsız mal məhv edildi
Yazılma Tarixi :
26.01.2012
Xəbər Etiketləri :
510 kiloqram yararsız mal məhv edildi
Oxunma Sayı :
57
Rəy bildirilməyib
Bənzər Xəbərlər
İran ətrafinda baş verənlər Azərbaycan iqtisadiyyatına nə vəd edir?
Dünya yeni böhranla qarşılaşacaq
Azərbaycanın sığorta-pensiya sistemi yenilənir
Azərbaycanın vergi sistemi ilə bağlı forum keçirildi
Pul bazasındakı artımın müsbət və mənfi təsirləri ola bilər
Ukrayna: Rusiya Avropaya nəql olunan qazın həcmini azaldıb