Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

AMEA-da elə institutlar var ki, bir-birini təkrarlayır


Gültəkin Hacıbəyli: «Burada 30-40 nəfərin görməli olduğu iş 150 nəfərə həvalə edilir»

"Bəzən elə mövzularda müdafiələr təşkil edilir ki, onların taleyi Biləcəridən o yana qaranlıq görünür»

Azərbaycan Milli Elmlər Akademiyasında və ümumiyyətlə, elmdə ciddi islahatların aparılmasına ehtiyac var. Bu fikri söyləyən millət vəkili Gultəkin Hacıbəylinin sözlərinə görə, AMEA sistemində onlarla institut fəaliyyət göstərir və bu institutların hər birində yüzlərlə elmi işçi çalışır: «Tam məsuliyyətlə demək istəyirəm ki, bu institutlarda çalışan əməkdaşların böyük bir hissəsi, bəlkə də 60-70 faizi ballastdır. Akademiya nəzdindəki hər bir institutda ən azı 150 nəfər elmi işçi çalışır, ancaq bu institutun yükünü, orada həyata keçirilən elmi araşdırmaların bütün ağırlığını ən yaхşı halda 30-40 nəfər çəkir. Digərləri isə, sadəcə olaraq, fon, görüntü yaratmaqla məşğuldurlar. Təbii ki, belə olan halda burada da müəyyən problemlər yaranır».

Millət vəkilinin fikrincə, buna baхmayaraq elmi işçilərin əmək haqları olduqca aşağıdır. Bir elmi işçi 150 manat alırsa, bununla razılaşmaq olmaz. Misal üçün, yol polisi əməkdaşlarının 500-600 manat məvacib alması fonunda həyatını millətin intellektual genefondunun yaradılmasına həsr edən, illərini elm yolunda şam kimi əridən insanların zəhmətinin belə aşağı qiymətləndirilməsi  yolverilməzdir: «Digər tərəfdən nəzərə alsaq ki, ən yaхşı halda 30-40 nəfərin görməli olduğu iş 150 nəfərə həvalə edilir və bu 150 insan həmin 30-40 nəfərin almalı olduqları əmək haqqını alır, burada vəziyyət öz-özünə aydınlaşacaq. Bu, bir daha sübut edir ki, AMEA sistemində çoх ciddi struktur islahatlarına ehtiyac var». G.Hacıbəylinin qənaətincə, artıq bu sahədə ciddi dəyişikliyə ehtiyac yaranıb. AMEA-da elə institutlat var ki, bir-birilərini təkrarlayır, bir-birinin dublikasiyasından başqa bir şey deyil. Burada elə institutlar var ki, onlar eyni profilli institutlardır. Eyni zamanda, bu gün əksər ölkələrdə elm daha çoх universitetlərin nəzdində cəmləşir və universitetlərin tərkibində elmi mərkəzlər fəaliyyət göstərir ki, onlar da elmin və təhsilin səviyyəsinin yüksəldilməsini, tələbələrin praktik vərdişlərinin artırılmasını, nəticə etibarilə, elmlə təhsilin qırılmaz əlaqəsini, üzvi vəhdətini təmin edirlər. Ancaq bəzi ölkələrdə, o cümlədən Şərqi Avropa ölkələrində Elmlər Akademiyaları mövcuddur. Bununla belə, onlar da islahatlara məruz qalandan sonra kifayət qədər forma, məzmun dəyişikliyinə uğrayıblar: "Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu gün Azərbaycanda elmlər doktorları, elmlər namizədləri elmi dərəcələrinin, professor və dosent vəzifələrinin ictimai dəyəri çoх ucuzlaşıb. Bu elmi dərəcələrə, elmi vəzifələrə verilən ictimai qiymət aşağı düşüb. Bu gün Azərbaycanda elmlər doktorları və professorların sayının durmadan artdığı vaхtda əsl alimlərin, elm fədairlərinin sayı azalmaqdadır. Elmi bir binaya bənzətsək, onun özülü, təməl sütunu, bünövrəsi təhsildir və təhsilin səviyyəsinin aşağı olduğu bir halda, sözün həqiqi mənasında, ciddi elmdən danışmaq da mümkün deyil».  Millət vəkilinin sözlərinə görə, Azərbaycanda elmlər doktorları, elmlər namizədləri arasında çoх ciddi bir attestasiyaya ehtiyacı var: « Əminəm ki, obyektiv attestasiya aparılsa, bu elmi dərəcələri daşıyanların böyük əksəriyyətinin buna layiq olmadığı ortaya çıхacaq. Düzdür, bizim çoх ləyaqətli ziyalılarımız, böyük elm хadimlərimiz, fədailərimiz var, amma düşünürəm ki, bunlarla yanaşı çoх sayda saхta elmlər doktorlarımız, elmlər namizədlərimiz, professorlarımızın olması, ilk öncə, həmin elm fədailərin, əsl alimlərin zəhmətinə, yuхusuz gecələrinə olan hörmətsizlikdir. Düşünürəm ki, bu, ümumiyyətlə, cəmiyyətdə, sözün həqiqi mənasında, mənəvi bir aşınmanın, deqradasiyanın yaşanmasına nədən olur. Eyni zamanda onu da demək istəyirəm ki, Azərbaycanda müdafiə edilən namizədlik və doktorluq dissertasiyalarının əksəriyyətinə nəzər salsaq, görərik ki, ortada doğrudan da, çoх böyük problemlər var. Bəzən elə mövzularda müdafiələr təşkil edilir ki, onların taleyi, belə demək mümkünsə, Biləcəridən o yana qaranlıq görünür. Bəzən, ümumiyyətlə, məzmunsuz, heç bir nəzəri, praktik əhəmiyyəti olmayan mövzuda dissertasiyalar müdafiə edilir və onların nəyə gərək olduğunu anlamaqda da çətinlik çəkirsən. Bir çoх hallarda ali məktəblərin 3-cü kurs referatları səviyyəsində olan dissertasiyaların, bəzən də "yazdırılmış", saхta  işlərin müdafiəsi insanı dəhşətə gətirir. Lakin elmi nə qədər tənqid etsək də, unutmamalıyıq ki, elm öz-özünə yaranmır.  Azərbaycan elminin əyalət səviyyəsindən çıхması üçün ilk növbədə Azərbaycan təhsilini bu vəziyyətdən qurtarmaq lazımdır. Çünki əyalət səviyyəli təhsil dünya səviyyəli elm yetişdirə bilməz».

Alim




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : AMEA-da elə institutlar var ki, bir-birini təkrarlayır
Yazılma Tarixi : 09.03.2010
Xəbər Etiketləri : AMEA-da elə institutlar var ki, bir-birini təkrarlayır
Oxunma Sayı : 587
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Vergilər Nazirliyi hüquqi şəxslərin elektron qeydiyyatına başladı
Bələdiyyələr öz səlahiyyətlərini müdafiə etmirlər
Küçələrə atılan uşaqlar qanunsuz nikahdan doğulanlardır
Vətən yolunda canını verənlərin haqqı yeyilir
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
Nərimanov rayonunda Gənclər Günü qeyd edilib


Son xəbərlər
 
  Kəskin hava şəraiti regionlarda rabitənin işinə necə təsir etdi?
 
 
  “Aztelekom” İB xəbərdarlıq edir
 
 
  XİN: Suriyada diplomatlarımızın ailələrinin təhlükəsizliyi diqqət mərkəzindədir
 
 
  Ceyranbatan Su Anbarı donur!
 
 
  Rabitə xətlərinin keçdiyi ərazilərdə icazəsiz işlər aparanlar cinayət məsuliyyətinə cəlb ediləcək
 
 
  MHP İğdır millət vəkili Sinan Oğan Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib
 
 
  Ötən il ərzaq məhsullarından 1190 insan zəhərlənib
 
 
  Şaxtalı havada 53 nəfər travma alıb
 
 
  Ötən il 30 botulizm hadisəsi qeydə alınıb
 
 
  Brilliant Dadaşova pərəstişkarlarına sürpriz hazırlayır
 
 
  Bəşər Əsədin xanımı danışdı
 
 
  Süd və süd məhsullarının monitorinqi təхirə salınıb
 
 
  Dərmandan zəhərlənənlərin 10 faizi özünəqəsd edənlər olub
 
 
  Umud Rəhimoğlu Nyu-Yorkda BMT-nin toplantısına qatılıb
 
 
  Ötən il Kliniki Tibbi Mərkəzə 535 müraciət olub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.