Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

ARDNŞ və Almaniyanın "RWE Dev" şirkəti arasında memorandum imzalandı



Martın 10-da ARDNŞ ilə Almaniyanın "RWE Dea" şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Naxçıvan" perspektiv strukturunun Kəşfiyyatı, İşlənməsi və Hasilatının Pay Bölgüsü haqqında sazişin əsas kommersiya prinsip və şərtlərinin razılaşdırılmasına dair Qarşılıqlı Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan ARDNŞ prezidenti Rövnəq Abdullayevi bildirib ki, memoranduma əsasən "Naxçıvan" perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və Hasilatının pay bölgüsü üzrə gələcək danışıqların aparılması üçün "RWE Dea" şirkətinə müstəsna hüquq verilir. "Naxçıvan" perspektiv strukturu Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasından 90 km cənubda, sahildən isə 53 km aralıda, dənizin 120-750 metr dərinliklərində Azərbaycanın zəngin təbii yataqlarından olan "Bahar" və "Bulla dəniz" yataqlarının əhatəsində yerləşir: "1960-cı ildə aparılmış seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilmiş bu strukturda 1994-cü ildən axtarış qazmasına başlanılıb. "RWE" şirkəti həmin strukturla bağlı müraciət edib və tərəflər arasında danışıqlar başlanıb. Aparılan danışıqlar bu sənədin imzalanmasına zəmin yaradıb". ARDNŞ prezidenti qeyd edib ki, bu şirkət təbii qazın və xam neftin kəşfiyyatı və hasilatı sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq şirkətdir. Müasir qazma və hasilat texnika və texnologiyalarına malik şirkət uzun illərdən bəri əldə etdiyi təcrübəni öz fəaliyyətində uğurla tətbiq edir. "RWE Deo" şirkəti idarə heyətinin sədri Yurgen Qrossman qeyd edib ki, imzalanmış sənəd təmsil etdiyi şirkətin Azərbaycanda fəaliyyət göstərməsi üçün giriş qapısı rolunu oynaya bilər. 




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : ARDNŞ və Almaniyanın "RWE Dev" şirkəti arasında memorandum imzalandı
Yazılma Tarixi : 10.03.2010
Xəbər Etiketləri : ARDNŞ və Almaniyanın "RWE Dev" şirkəti arasında memorandum imzalandı
Oxunma Sayı : 478
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Ukrayna: Rusiya Avropaya nəql olunan qazın həcmini azaldıb
Əmanətlərin qaytarılmasına ümidlər tükənir
“Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir”
Sovet əmanətləri qaytarılacaq
510 kiloqram yararsız mal məhv edildi
Sovet əmanətlərinin geri qaytarılması üçün təxminən 2,5 milyard dollar tələb olunur


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.