Qarabağla bağlı xüsusi komitə yenidən formalaşacaq
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Aydın Abbasov martın 11-17-də qurumun Büro və komitə iclaslarında iştrak etmək üçün Parisdə səfərdə olacaqlar. Milli Məclisin mətbuat xadmətindən "OLAYLAR"a verilən məlumata görə, AŞ PA-nın Bürosunda Dağlıq Qarabağ münaqişəsinə dair 1416 saylı qətnamənin yerinə yetirilməsi üzrə Xüsusi komitənin yenidən formalaşması məsələsinə baxılacaq. Daimi komitənin iclasında Avropada milli azlıqların müdafiəsi, uşaqlara qarşı məişət zorakılığı məsələləri, Ukraynada prezident seçkilərinin nəticələri nəzərdən keçiriləcək. AŞ PA-nın Monitorinq komitəsinin iclasında isə Azərbaycan tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə məruzə layihəsinin müzakirəsi nəzərdə tutulub. Səfər martın 18-də başa çatacaq.
|