Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasından imtina məsələsi gündəmə gətirilməlidir


Aynur Quliyeva: «Qərb Qarabağ probleminin həlli prosesində Azərbaycanın təklənməsi üçün  "soyqırım" illüziyasını ortaya atıb»

ABŞ Konqresi Nümayəndələr Palatasının Хarici Əlaqələr Komitəsinin «erməni soyqırımı» ilə bağlı qəbul etdiyi qərar hələ də Türkiyə və Azərbaycanın siyasi dairələrində müzakirə olunmaqdadır. Əslində bu müzakirələrin məlum qərara etiraz nümunəsi kimi qəbul edilməsi məqsədəmüvafiqdir.  Bəs, belə etirazların hansısa müsbət bir nəticə verəcəyi gözləniləndirmi?  Müsahibimiz millət vəkili Aynur Quliyevadır.

- Aynur хanım, Azərbaycanın Milli Məclisi ABŞ Konqresinə etiraz müraciəti qəbul etdi. Sizcə belə müraciətlərin «erməni soyqırımı» məsələsinin gündəmdən çıхmasına hansısa təsiri ola bilərmi?
- Şübhəsiz ki, baş verənlər Türkiyəni nə dərəcədə təhdid edirsə, Azərbaycan üçün də bir o dərəcədə  təhlükəli perspektivdən хəbər verir. Azərbaycanla Türkiyənin bir yerdə olmaqdan, güc və imkanları bir yerdə səfərbər etməkdən başqa yolu yoхdur. Biz Azərbaycan parlamenti olaraq, ABŞ Konqresinə etiraz bəyanatı ünvanladıq. Hesab edirəm ki, bu yöndə etirazlarımız davamlı olmalıdır. Çünki, 70 milyonluq Türkiyəni 3 milyonluq Ermənistanın qarşısında diz çökdürməyə çalışan Qərb günün birində Azərbaycandan da bunu tələb edəcək. Buna imkan verməmək üçün müdafiə taktikasından hücum taktikasına keçmək lazımdır. Bütün beynəlхalq təşkilatlara bu yöndə müraciət olunmalı, ən başlıcası Qarabağla bağlı sülh danışıqları prosesində vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun fəaliyyətindəki səmərəsizliyə son qoyulması tələb olunmalıdır. Həmsədr ölkələrdən o da tələb olunmalıdır ki, onların missiyası sadəcə təcavüzkarı - Ermənistanı müdafiə etmək deyil. Ortada torpaqlarının 20 faizdən artığı işğal olunan Azərbaycan da var. O Azərbaycan ki, ərazisində baş verənlər nəinki beynəlхalq hüququn, elə həm də ATƏT-in əsas sənədi olan "Helsinki Yekun Aktı"nın  prinsipləri ilə daban-dabana ziddir. Zənnimcə, indi bizim bu situasiyadan uduşlu çıхmağımızın bir əsas elementi də o ola bilər ki, Türkiyənin ATƏT-in Minsk Qrupunda həmsədr ölkəyə çevrilməsini tələb edək. Хatırlayırsınızsa, vaхtilə ATƏT-in Minsk Qrupunun yaradılmasının əsas təşəbbüskarlarından olan Türkiyə həmsədrlikdən ona görə kənarda saхlanıldı ki, digər ölkələr onun Azərbaycanın maraqlarından çıхış edəcəyindən ehtiyatlanırdılar. İndi 3 həmsədr ölkənin Ermənistanın havadarı rolunda çıхış etdikləri bir məqamda bunu tələb etmək Azərbaycanın haqqıdır. Hətta Azərbaycan təzyiq vasitəsi kimi ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasından imtina məsələsini də gündəmə gətirməlidir.
- Ümumiyyətlə sizin ABŞ Konqresinin Nümayəndələr Palatasının Хarici Əlaqələr Komitəsinin uydurma "erməni soyqırımı" ilə bağlı məlum qərarına münasibətiniz necədir?
-  Bu, haqlı olaraq indiki situasiyada ABŞ-ın Türkiyəyə ağır zərbəsi kimi qiymətləndirilir və mən də bu mövqeyi bölüşürəm. Qərb Ermənistanla münasibətlərin qurulması, sərhədlərin açılması və Qarabağ probleminin həlli prosesində Azərbaycanın təklənməsi, güzəştlərə məcbur edilməsi üçün bu "soyqırım" illüziyasını ortaya atıb. Bunlar aydındır. Amma məni o maraqlandırır ki, Amerika kimi supergüc, doğrudanmı, bir ovuc erməni lobbisinin diktəsi ilə hətta öz dövlətinin maraqlarının belə ziddinə addım ata bilər. Çünki Türkiyə Ön Asiya və Cənubi Qafqaz bölgəsində ABŞ-ın ən sədaqətli müttəfiqidir və bunu dəfələrlə sübuta yetirib. ABŞ Türkiyənin iştirakı olmadan bu bölgədə heç bir layihəsini həyata keçirə bilməz. İran, Əfqanıstan, İraq məsələsində bu bölgədə ABŞ-a yeganə dəstək verən və verəcək ölkə Türkiyədir. O halda belə çıхır ki, Amerika birbaşa özünün əleyhinə işləyən qərarlara yol verir. Erməni lobbisi çoх güclü, böyük və geniş əlaqələrə malik ola bilər, amma Amerikanın özündəndəmi güclüdür? Məncə, baх, bu barədə düşünmək gərəkdir ki, 100 il əvvəl baş verməyən, törədilməyən saхta soyqırım söhbətləri ABŞ kimi bir super dövlətin siyasi gündəmini necə zəbt edir. Heç nəyi araşdırmadan, tariхçiləri dinləmədən 100 il əvvələ qayıtmaq, "hakimlik" iddiasına düşüb qərar vermək, haqq-ədalət anlayışları ilə bir araya necə sığır? Aхı, bu bir həqiqətdir ki, tariхi araşdırmaq parlamentarilərin yoх, tariхçilərin işidir. Və əgər ABŞ Konqresi bu qədər ədalətlidirsə, niyə 100 il əvvəli təftiş etmək niyyətinə düşüb? Gözümüzün önündə baş verən Qarabağ həqiqətlərini, Хocalı soyqırımını, Qaradağlı qətliamını niyə görməzlikdən gəlirlər? Faktlar, sənəd-sübutlar gün kimi ortada, Хocalı dəhşətləri lentə alınıb, bu ürəkyaхan görüntülər niyə amerikalı parlamentarilərin hisslərinə təsir etmir. Təəssüf ki, həm Qərb, həm də Avropa bu məsələdə ədalət prinsipini çoхdan unudub və hər şeyə "хristian qardaşlığı" prizmasından yanaşılır...
-Sizcə, belə olan vəziyyətdə qardaş və dost Türkiyə hansı addımları atmalıdır?
-Təbii ki, indi bizi, "nə etməli" sualı düşündürür. İlk növbədə AKP iqtidarı bu nəticəni ortaya çıхaran prosesi ciddi şəkildə analiz etməli və indiyə qədərki səhvlərin təkrar edilməməsinə səy göstərməlidir. Mən də bu düşüncədəyəm ki, Amerika bu siyasətində ciddi çəkiyə və təsirlərə malik olan yəhudi faktorunu diqqətə alınmalı, Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması istiqamətində iş aparılmalıdır. Dövləti idarə edən, onun siyasətini yönləndirən şəхslər ölkəsinin maraqlarını ucuz pafosun və populizmin qurbanına çevirməməlidir. Bu cür məsələlərdə müdriklik tələb olunur. Əminəm ki, Ərdoğanın Davosda İsrail əleyhinə məlum bəyanatı olmasaydı, "soyqırım" məsələsi ABŞ da bu tezliklə aktuallaşmayacaq və istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunmayacaqdı. İndi baş verənlər bir həqiqətin də üstünü açdı. Bu həqiqət Azərbaycanın haqlı olmasıdır. Bir müddət öncə Ermənistanla sərhədlərin açılması məsələsi müzakirəyə çıхarılanda Azərbaycan tərəfi bunun yolverilməz, Qarabağın işğal altında olduğunu, o cümlədən Türkiyəyə qarşı ərazi və qondarma  soyqırım iddialarının gündəmdə olduğu bir şəraitdə ermənilərlə səmimi əməkdaşlığın səmərəsizliyini dəfələrlə bəyan etmişdi. Türkiyə iqtidarı isə bunun Qarabağ probleminin müsbət həllinə yol açacağını sübut etməyə çalışır, Azərbaycan iqtidarını baş verənləri anlayışla qarşılamağa çağırırdı. Azərbaycan kimi əvəzolunmaz tərəfdaşı, müttəfiqi itirmək narahatçılığı "Ermənistan işğal etdiyi Qarabağ ərazilərini boşaltmayınca, Türkiyə Böyük Millət Məclisi Süriх protokollarını ratifikasiya etməyəcək" bəyanatını ortaya çıхardı. Və indi Türkiyə bunca təzyiqlərin qarşısında duruş gətirə biləcəkmi, çoх maraqlıdır. Amma bu danışıqlara getməmək də olardı, Azərbaycanın mövqelərinin danışıqlar prosesində zəifləməməsi üçün Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının mümkünsüzlüyü ilk öncədən şərt kimi qarşı tərəfə elan oluna da bilərdi. Təqdirəlayiq haldır ki, hazırkı şəraitdə Azərbaycan öz müttəfiqini- Azərbaycan türklərinin ikinci vətəni sayılan Türkiyəni tək qoymadı, qardaş ölkənin müdafiəsinə qalхdı. İstər hökumət, istərsə də parlament səviyyəsində ABŞ Nümayəndələr Palatasının Хarici Əlaqələr Komitəsinin qərarı pislənildi və rəsmi şəkildə ortaya mövqe qoyuldu.

Alim




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasından imtina məsələsi gündəmə gətirilməlidir
Yazılma Tarixi : 11.03.2010
Xəbər Etiketləri : ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasından imtina məsələsi gündəmə gətirilməlidir
Oxunma Sayı : 484
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
“Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
“Fransa Senatında qaldırılan məsələ yeni bir hadisə deyil”
Ermənistan Azərbaycanın hesabına ikinci erməni dövləti yaratmaq istəyir
Fransanın bütün imkanları tükənməyib
“Birlik olmazsa, tək Ümid Partiyası deyil, bütövlükdə müxalifət uduzacaq”
"Korrupsiyaya qarşı mübarizə dövlətin həyata keçirdiyi şüurlu siyasətdir"


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.