Binəqədi RİH-də ikili mühasibat tətbiq edilib
Binəqədi rayon İcra Hakimiyyətində işçilər ikili mühasibatla maaş alır. Bu barədə "OLAYLAR"a icra hakimiyyətinin işçilərindən biri məlumat verib. İşçinin dediyinə görə, bu qurumda artıq bir neçə ildir ki, belə bir proses var. Qurum işçisi bildirir ki, İcra Hakimiyyətində ikili mühasibatlıq başçı Alı Qocayev tərəfindən tətbiq edilib. Alı Qocayevin rayona rəhbərliyindən sonra icra hakimiyyətində işçilərin rəsmi maaşları azaldılıb. Bundan sonra bəzi işçilər icra başçısına narazılıq edib. İşçilərin etirazından ehtiyatlanan Alı Qocayev onların əvvəlki maaşlarını bərpa etsə də bunu rəsmiləşdirməyib. İcra başçısı işçilərdən kəsdiyi əmək haqqını onlara qeyri-rəsmi təqdim edərək büdcə gəlirlərindən yayınmağa başlayıb. Mənbə bildirir ki, Alı Qocayev hətta işçilərə əvvəlkindən də artıq aylıq pul verir. Amma bu pul rəsmiləşdirilmir və dövlətə vergidən yayınır.
|