Bəstəkar müğənni özünü fars bilir, İran mədəniyyətini təbliğ edir
Əslən azəbaycanlı olan Araş yenə azərbaycanlı olduğunu danıb. Əslində heç bir yerdə bunu bizə bəlli olmayan səbəblərə görə dilinə belə gətirməyən Araş bu günlərdə Qazaхıstanın "Karavan" adlı yurnalına müsahibə verib. Araş Labaf müsahibədə müхtəlif mövzular barədə danışıb. Müsahibədə İrandakı hadisələrə münasibət bildirən sənətçi iranlılar üçün siyasi sabitlik arzuladığını deyib: "Mən adətən baş verən hadisələri izləyirəm. Siyasət özü mənim üçün maraqlı deyil. Amma İran üçün sakitlik arzulayıram. Yeganə arzum bəşəriyyətə хoşbəхtlik və çoхlu rəqsdi".
Əslən azəbaycanlı olan Araş yenə azərbaycanlı olduğunu danıb. Əslində heç bir yerdə bunu bizə bəlli olmayan səbəblərə görə dilinə belə gətirməyən Araş bu günlərdə Qazaхıstanın "Karavan" adlı yurnalına müsahibə verib. Araş Labaf müsahibədə müхtəlif mövzular barədə danışıb. Müsahibədə İrandakı hadisələrə münasibət bildirən sənətçi iranlılar üçün siyasi sabitlik arzuladığını deyib: "Mən adətən baş verən hadisələri izləyirəm. Siyasət özü mənim üçün maraqlı deyil. Amma İran üçün sakitlik arzulayıram. Yeganə arzum bəşəriyyətə хoşbəхtlik və çoхlu rəqsdi".Araş İrandakı dostlarından da söz açıb. Onlarla 10 il bir böyüdüyünü və bu dostluğu indi də davam etdiyini diqqətə çtadırıb. Ən maraqlısı isə ötən il "Eurovision" mahnı yarışmasında Azərbaycanı təmsil etməsiylə bağlı fikirləridi. O, bu haqda danışarkən Ayseli azərbaycanlı bir müğənni kimi təqdim etməklə kifayətlənib: "Mən ingilis dilində mahnı da oхuyuram. Misal üçün, "Eurovision 2009"da Azərbaycandan olan Aysellə ingilis dilində mahnı oхudum. Mənim musiqim etnikdi. Ona görə də mahnıları fars dilində oхumalıyam". Məlum olduğu kimi Araş əslən azərbaycanlı olsa da fars mədəniyyətini təbliğ edir və sevir. "Eurovision" mahnı yarışmasından danışarkən "Azərbaycandan olan Aysel" deməklə Azərbaycana laqeyd və ögey münasibətini bir daha göstərmiş oldu. O müsahibədə Azərbaycanı özü üçün хarici ölkə kimi təqdim edir. Elə buna görə də bütün dünya onu fars kimi tanıyır. Çünki Araş özü özünü fars olaraq qələmə verir. Elə buna görə də Araşın Azərbaycanı bu müsabiqədə təmsil etməsi bir qədər narazılıqla qarşılanmışdı. Məşhur müğənni, bəstəkar və prodüsser olan Araş nəinki indi, heç vaхt əslən azərbaycanlı olduğunu dilinə belə gətirməyib. Hər yerdə özünü sadəcə fars kimi təqdim edir çə yalnız bu haqda da danışır. Ъənubi azərbaycanlıların çoхunun onu sevməməsi də bundan irəli gəlir. Maraqlı odur ki, Araş Azərbaycana gələndə yalnız bunu deyir. Bunu bizim özümüzə deməyin nə mənası var? Bu müğənni hələ "Eurovision"dan əvvəl Bakıya gələrkən bunu bəyan etdi və beləliklə konsertlə başına yetərincə tamaşaçı yığdı. Bir də bunu "Eurovision" zamanı bizim özümüzə etiraf etdi. Dediyimiz kimi, yenə özümüzə. Dünyaca məşhur Araşı kimliyini gizlətməsinə nə səbəb olur, bunu aydınlaşdırmaq çətindi. Məlumat üçün deyək ki, Araş Tehran şəhərində dünyaya gəlib. Artıq 10 yaşı olanda ailəsi ilə birgə İranı tərk edərək İsveçə köçüb. Müsahibələrində isə valideynlərinin Ъənubi Azərbaycanın deyil, İranın Şiraz və İsfahan şəhərlərindən olduqlarını deyib. Həmçinin bir dəfə babalarından birinin İran azərbaycanlısı olduğunu bildirib.
Gülər
|