Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Aydınlıq


"İynə"

 Ötən nömrələrin birində İranla bağlı yazımızda yol verilmiş xəta mollalarla aramızda sərinlik yaradıb. İş məhkəməyə getmədən məsələyə aydınlıq gətiririk. "İranın ali dini lideri Seyidəli Xamneyi ETTELAAT nazirinin (Quzey Azərbaycanda təxribatlarla bağlı) palanını bəyəndi" cümləsi belə oxunmalıdır: "İranın ali dini lideri Seyidəli Xamneyi ETTELAAT nazirinin planını bəyəndi". "Say, qardaş, say" Həbsdən təzə çıxmış Müşfiq Hüseynov köhnə iş yerinə- "Bizim yol" qəzetinə gəlir. Bir ay işləyir. O biri ayın 3-də maaş və qonorarlar paylanır. Müşfiq kasaya yaxınlaşır. Pulları sayıb Müşfiqə verən kassir müxbirin tutulan gününü xatırlayır və gülə-gülə deyir: - Say, qardaş, say. (Müşfiq rüşvət alanda rüşvət verən belə demişdi) İbo hər daşın altından çıxır KXCP sədrinin müavini Yusif Sevdimalı qəzetləri vərəqləyir. "Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs bu dəfə də "Balyoz" işi ilə əlaqədar dindirilib" xəbərinə çatanda Yusif Sevdimalı deyinir:

- Dəhşət adamdı e bu İbo. Gah kürdlərin PKK işi ilə əlaqələndirilir, gah hərbçilərin "Balyoz" işi ilə. Sabah hakimiyyət dəyişsə, AKP-çilərlə əlaqədar "Bəyaz lampa" əməliyyatı keçirilsə, o işin altından da çıxacaq. Dədə Fikrətdən yeni yorumlar Ana dilinin keşiyində ayıq-sayıq dayanan tanınmış telejurnalist Fikrət Adıgözəlli yeni tərcümələr edib. Fikrət bəy təklif edir ki, "internet" "beynəlnet", "mikrofon", "ucadanışan", "futbol", "ayaqtop", "həndbol" "əltopu", "vaterpol" "suda top oynama", "korner" "küncdən vuruş", "mundial" (futbol üzrə dünya çempionatı) "dördillik" adlandırılsın. Dostlar yuxu Toydan dəm qayıtmış iki dost söhbət edirlər:

 - Dünən yuxuda səni görmüşəm.

- Necə?

 - Görürəm ki, sən ağzına qədər balın içinə düşmüsən, mən peyinin. Dostu fərəhlə: - Görürsən, yuxuda da mənim vəziyyətim səndən yaxşı olur.

 - Tələsmə də. Sonra görürəm ki, bir-birimizi yalayaraq təmizləyirik. Yanlışlıq - Ötən sayımızda tanınmış jurnalist Vahid Qazi haqqında yazıda səhvə yol verilib. "Vahid Qazinin essesi Litvada çapdan çıxdı" cümləsi korrektorun xətası üzündən belə verilib: "Vahid Qazinin eşşəyi Litvaya gedib çıxdı". "Bu dəfəkini heç eşitməmişdim" "Azadlıq" partiyasının qərargahı. Sədr daxil hamı dəmdir. Birdən kabinetində tək oturmuş sədr bərkdən gülür. Müavin cəld içəri girib soruşur:

- Nəyə gülürsənğ Əhməd Oruc:

 - Heç, mən tək olanda lətifə danışıb gülürəm. Bu dəfəkini heç eşitməmişdim. Osmanlı-Misir savaşı ATA blokunun qərargahı. Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu qəzetləri vərəqləyir. Qəzetlərin birində təhsil sistemi ilə bağlı mübahisələrdən bəhs edən "Misir-Osmanlı qarşıdurması başlanır" manşet xəbərini oxuyan Çingiz heyrətlə:

- Türkiyə ilə Misirin nə alıb-verəcəyiğ Görən bu dövlətlər nə üstə qarşı-qarşıya gəlirlərğ Düzəliş Son nömrəmizdə Rusiya ekoloqları ilə bağlı yazıda səhvə yol verilib. Oxuculardan xahiş olunur ki, "Rusiya ekoloqları ozon qatının deşiyində dayanıblar" fikrini belə oxusunlar: "Rusiya ekoloqları ozon qatının keşiyində dayanıblar". "O həmişə burda düşür" Bakı-Lənkəran təyyarə reysində stüardessa pilota yaxınlaşıb deyir:

- Bir nəfər özünü atmaq istəyir. Pilot sakit tərzdə: - Necə adamdığ - Əli, qolu sınıq, başı sarıqlı adamdı.

- Onda dəymə, qoy atdansın. O, həmişə burda düşür. Mədəniyyət xəbərləri

- "İynə"yə sızan məlumata görə, tanınmış aktyor Rövşən Kərimduxt "Mosfilm" kinostudiyasından dəvət alıb. Bu son on ildə nadir hadisələrdəndir. Ruslar Rövşənin istedadından yararlanmaq qərarına gəliblər. Aktyorun çəkiləcəyi rol da bəllidir. Üç dəqiqə 50 saniyəlik rolda Rövşən ölüm yatağında rus çarı birinci Pyotru canlandıracaq.

 - İzzət Bağırov yaxşı toy tutub. "İynə"yə sızan xəbərə görə, İzzət martın 10-dan 19-a dək toyda olacaq, 20-dən 28-dək isə restoranlarda oxuyacaq. Fərarilər AXCP funksioneri, tanınmış cəbhəçi Həsən Kərimli qanıqara halda məhləyə gəlir. Dilxor halda kişilərin yanına keçən Həsən bəy deyinir:

- Qara xəbərlər ancaq cəbhədən gələr. Yaramaz fərarilər, bir də dünən getdi. Bizi qoyub qaçırlar...

 - Kim qaçıb, Həsən bəyğ Yenə hansısa əsgər erməni tərəfə keçibğ Zabitimiz erməniyə satılıbğ - Əşi, yox e. Bizim Cəbhədən qaçırlar. Fuad Mustafayev də dünən getdi. Ağız ədəbiyyatı Siyasətçilər, futbolçular və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri Mən aşiqəm Bağdada, Kərbəlaya, Bağdada. Qohumlarına güvənir İş verməz heç vaxt yada. (Ziya Məmmədov barədə formalaşıb) Mən aşiqəm əsgərə Komandirə, əsgərə. "Real" almaq istəyir Elçi düşüb Əsgərə. (Əsgər Abdullayev barədə formalaşıb)




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Aydınlıq
Yazılma Tarixi : 03.03.2010
Xəbər Etiketləri : Aydınlıq
Oxunma Sayı : 601
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
"İynə"
“İynə”
"İynə"
"İynə"
“İynə”
“İynə”


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.