Mərahim Fərzəlibəyovun rejissorluğu ilə Akademik Milli Dram Teatrı səhnəsində görkəmli fransız dramaturqu Jan Anuyun "Antiqona" əsəri tamaşaya hazırlanır. Teatrın mətbuat xidmətindən "OLAYLAR"a daxil olan məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur. Tamaşada əməkdar artistlər Münəvvər Əliyeva, Əli Nur, Əsgər Məmmədoğlu, aktyorlar Əminə Babayeva, Aslan Şirinov, Şəlalə Şahvələdqızı, Rəşad Bəxtiyarov və Sərdar Rüstəmov iştirak edirlər.