Azyaşlı qızı zorlayan Mingəçevir sakininə 14 il həbs
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə zorlamada ittiham olunan Mingəçevir şəhər sakini Rüstəm Qasımlının işi üzrə məhkəmə prosesi keçirilib. Bu barədə məlumatı "OLAYLAR"a məhkəmədən veriblər. Prosesdə hakim məhkəmə istintaqının yekunlaşdığını bildirib və dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsin cinayətinin sübuta yetirildiyini bildirib və ona 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib. Məhkəmənin hökmü ilə Rüstəm Qasımlı 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Rüstəm Qasımlı Mingəçevirdə yetkinlik yaşına çatmayan qızı zorlamaqda təqsirləndirilir.
Xəbər Məlumatları
Rəy Bildir
Rəylər
Xəbər Başlığı :
Azyaşlı qızı zorlayan Mingəçevir sakininə 14 il həbs
Yazılma Tarixi :
04.02.2010
Xəbər Etiketləri :
Azyaşlı qızı zorlayan Mingəçevir sakininə 14 il həbs