Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Azyaşlıların əmək hüquqları pozulur


Belə hallar ən çox ticarət və ictimai iaşə sahələrində baş verir

Cari ilin aprel ayında Dövlət Əmək Müfəttişliyi tərəfindən respublika üzrə bütün bölgələrdə əməyin mühafizəsi və texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə operativ reydlər və nəzarət tədbirləri həyata keçiriləcək. Bu barədə cari ilin iki ayının yekunlarına həsr olunmuş mətbuat konfransında Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü məlumat verib. Baş əmək müfəttişi bildirib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd istehsalat qəzalarının qarşısının alınması və əmək qanunvericiliyinin tələblərinin pozulmasının aradan qaldırılmasıdır. Bu işdə maarifləndirmə tədbirlərinin böyük rol oynadığını nəzərə alaraq prosesə mətbuat orqanlarının də cəlb olunması nəzərdə tutulur. Belə tədbirlər istehsalatın bütün sahələrini əhatə edəcək. 2010-cu ilin yanvar-fevral ayları ərzində barədə həyata keçirilmiş nəzarət tədbirləri barədə məlumat verən N.Şükürlünün sözlərinə görə, işçilərlə əmək müqavilələrinin bağlanmasında çatışmazlıqlar qalmaqdadır. İstahsalatda baş verən bədbəxt hadisələrin sayı isə əvvəlki illərin müvafiq ayı ilə müqayisədə azalıb. Aparılmış dövlət nəzarəti zamanı müəyyən edilib ki, uşaq yaşında olan işçilərin əmək hüquqlarının pozulması əsasən iqtisadiyyatın ticarət, ictimai iaşə, təchizat sahəsində aid qeyri-dövlət müəssisələrində daha çox rast gəlinir. Bu kimi hallar nəzərə alınaraq dövlət müfəttişliyi tərəfindən yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunmasının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülüb. İdarə rəisi onu da bildirib ki, əməyin mühafizəsinin tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən istehsal amillərini müəyyən edərək onların qiymətləndirilməsi məqsədilə DƏM-in nəzdində fəaliyyət göstərən Əməyin Mühafizəsi üzrə Mərkəzi laboratoriyalar müasir standartlara cavab vermir. Bakı, Naxçıvan və Gəncə şəhərlərində fəaliyyət göstərən belə laboratoriyaların cari ildə müasir texniki avadanlıq və peşəkar mütəxəssislərlə təmin edilməsi məqsədilə müvafiq layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bununla mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda işçilərin əmək şəraitinin ekspertizası keçiriləcək, reaktiv tullantıları, tozluluğu, səs-küylüyü olan müəssisələr müəyyən ediləcək. Bununla işçilər üçün normal iş şəraiti yaradılaraq onların peşə xəstəliyinə tutulmasının qarşısı alınacaq, müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi və təhlükəsizliyi təmin ediləcək.

Alim




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Azyaşlıların əmək hüquqları pozulur
Yazılma Tarixi : 11.03.2010
Xəbər Etiketləri : Azyaşlıların əmək hüquqları pozulur
Oxunma Sayı : 466
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
"İynə"
“İynə”
"İynə"
"İynə"
“İynə”
“İynə”


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.