Sakinlər ARDNŞ tərəfindən mənzillərlə təmin ediləcək
Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində çökən ikimərtəbəli binanın sakinləri tam olaraq evakuasiya olunub. Bu barədə məlumatı "OLAYLAR"a Binəqədi rayon İcra Hakimiyyətindən veriblər. Məlumata görpə, hadisə nəticəsində bina sakinlərindən xəsarət alan olmayıb. İkimərtəbəli binanın ikinci mərtəbəsinin bir tərəfinin divarının uçması nəticəsində bina tam yararsız vəziyyətə düşüb. Artıq binada məskunlaşan 12 ailə lazımi mənzillə təmin edilib. Sakinlər müvəqqəti olaraq başqa mənzillərə köçürülüb. İcra hakimiyyətindən bildiriblər ki, hadisə yeri nəzarətə götürülüb və təhlükəsizlik təmin edilib. Martın 13-dən etibarən binada söküntü işlərinə başlanacaq. İcra hakimiyyətindən bildiriblər ki, uçan bina Dövlət Neft Şirkətinin(ARDNŞ)balansındadır. Buna görə də həmin sakinlər Dövlət Neft Şirkəti tərəfindən mənzillə təmin ediləcək. Bina tam olaraq söküləcək və yerində yeni mənzillər tikiləcək. Qeyd edək ki, martın 12-də Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsi 10/11 ünvanında ikimərtəbəli bina çöküb.
|