Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Bakıda kazino aşkarlandı


Mənzildən 20 qumar aparatı götürüldü

Bakı şəhər BPİ CAİ-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu F. Yusifov küçəsində qanunsuz kazino aşkar edilib. Bu barədə Bakı şəhər BPİ-dən "OLAYLAR"a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, sözügedən ünvanda Nəsimi Bayramov adlı şəxs mənzildə gizli olaraq qumar oyunları təşkil etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş. Mənzilə baxış zamanı qumar oyunu üçün nəzərdə tutulmuş 20 ədəd xüsusi aparat aşkar edilib. CAİ-nin şöbə rəisi Eldar Süleymanov bildirib ki, mənzil-kazinoda şəhər sakinləri Rövşən Əliyev, Ağdam rayon sakini Vahid Hüseynov, Tovuz rayon sakini İlmar Məmmədov və Belarus vətəndaşı Xanlar Əliyev saxlanıb. Məlum olub ki, N.Bayramovun kirayə götürdüyü mənzil 2 ay müddətində qanunsuz olaraq kazino kimi fəaliyyət göstərib. Qanunsuz sahibkarlıqla məşğul olmaq üçün bu müddətdə hüquq-mühafizə orqanlarından qorunmaq məqsədilə mənzilin giriş və çıxışları, həyəti veb-kameralarla müşahidə altında saxlanıb. Ətrafda yaşayanların diqqətini cəlb etməmək üçün qapıları yalnız daimi müştərilərin üzünə açıq olan mənzilin pəncərələri xüsusi örtüklərlə bağlı saxlanıb. İstintaq tədbirləri zamanı aşkar edilib ki, N.Bayramov qumar aparatlarına edilmiş əlavə texnika vasitələr hesabına uduş imkanlarını dəfələrlə azaltmaqla müştəriləri aldadıb. Faktla bağlı araşdırmalar davam etdirilir.


 




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Bakıda kazino aşkarlandı
Yazılma Tarixi : 12.03.2010
Xəbər Etiketləri : Bakıda kazino aşkarlandı
Oxunma Sayı : 614
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
Bakıda narkotik alverçisi tutulub
Kür daşqınlarından zərər çəkənləri aldadıb pullarını mənimsəyən şəxs tutulub
Bakıda toy mərasimi yasa döndü
Bakıda narkomanlardan ibarət quldur qəstəsi zərərsizləşdirildi
Abşeronda “Kamaz” minik maşınını tapdaladı


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.