Elektrik xətlərinin altında tikilən evlərə saxta sənədlər verilib Bir neçə gün əvvəl Bakıya elektrik enerjisinin verilişinin qəfil dayandırılmasından sonra paytaxt və Abşeron yarımadasında araşdırmalar başlanıb. "OLAYLAR"ın məlumatına görə, bu araşdırmalar yüksək gərginlikli elektrik xəttlərinin altında olan evlərin tikintisinə verilən icazə ilə bağlıdır. Məlumata görə, araşdırmalar həmin ərazilərə cavabdeh olan bələdiyyələrin paxırını açıb. Məlum olub ki, həmin ərazilər "Azərenerji" ASC-nin balansında olduğu halda aidiyyəti bələdiyyə sədrləri həmin əraziləri vətəndaşlara qanunsuz və saxta sənədlərlə satıb. Araşdırma zamanı həmin mənzil sahiblərindən torpaq sahələrini almaları haqqında rəsmi sənədlər də aşkarlanıb. Məlum olub ki, bələdiyyə sədrlərinin imza və möhürləri ilə təsdiq edilən həmin sənədlər saxta tərtib edilib. Araşdırma qrupu məsələ ilə bağlı həmin sənədlərin sürətlərini aidiyyəti hüquq mühafizə orqanlarına təqdim edib. Məlumata görə, artıq hüquq mühafizə orqanlarında bu proseslərlə bağlı araşdırmalara başlanıb. Mənbə bildirir ki, artıq məsələ ilə bağlı bələdiyyə sədrlərinin istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib. Artıq bir neçə bələdiyyə sədrinin istintaqa dəvət edildiyi də bildirilir.
Xəbər Məlumatları
Rəy Bildir
Rəylər
Xəbər Başlığı :
Bələdiyyə sədrləri istintaqa cəlb edilir
Yazılma Tarixi :
12.02.2010
Xəbər Etiketləri :
Bələdiyyə sədrləri istintaqa cəlb edilir
Oxunma Sayı :
417
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Kür çayı da dondu
“Mitsubishi Motors” Qərbi Avropada istehsalı dayandırır
Zərif olmayanlar qovulacaq
Срок тюремного заключения Юлии Тимошенко может увеличиться до 12 лет