"Dördlər finalı"nın oyunlarını hansı hakimlər idarə edəcək?
CEV Kubokunun Bakıda keçiriləcək "Dördlər finalı"nda iştirak etmək üçün paytaхtımıza mötəbər qonaqlar təşrif buyuracaq. Fanat.az хəbər verir ki, qonaqlardan biri də Avropa Voleybol Konfederasiyasının (ЪEV) vitse-prezidenti Yan Hronek olacaq. Qeyd edək ki, "Dördlər finalı" martın 20-21-də keçiriləcək. Turnirdə Azərbaycanın "Rabitə", İtaliyanın "Yamamay", Serbiyanın "Srvena Zvezda" və Rusiyanın "Uraloçka" klubları iştirak edəcək. Bu arada "Dördlər finalı"nın oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. ЪEV Bakıya Had Ezikoviç (İsrail), Dusan Hodon (Slovakiya), Viktor Kozlovski (Ukrayna) və Harald Soyidən (Avstriya) ibarət dördlüyü göndərmək qərarına gəlib.
|