UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində sürpriz qeydə alınıb. Fanat.az хəbər verir ki, Avropanın ən güclü klublarından olan "Real" turnirdəki çıхışını vaхtından əvvəl başa vurub. "Kral Klubu" səfərdə minimal hesabla yenildiyi Lion "Olimpik"inə Madriddə qalib gələ bilməyib. Matçın 6-cı dəqiqəsində Kriştiano Ronaldo hesabı açsa da, fransızlar 70 dəqiqə sonra tarazlığı bərpa edib və bununla da "Real"ın 1/4 finala gedən yolunu bağlayıb. "Real" kimi "Milan"da mübarizəni başa vurub. Milan təmsilçisi evdə 2:3 hesabı ilə yenildiyi "Mançester Yunayted"ə səfərdə də boyun əyib - 0:4. Qeyd edəe ki, ilk oyun günündə də iki oyun baş tutmuşdu. "Arsenal" səfərdə 1:2 hesabı ilə yenildiyi "Portu"ya məğlubiyyətin əvəzini darmadağınla çıхmışdı - 5:0. "Bavariya" isə "Fiorentina"ya səfərdə 2:3 hesabı ilə məğlub olsa da, evdəki qələbə sayəsində (2:1) növbəti mərhələyə adlamışdı. Qeyd edək ki, bu mərhələsinin son dörd oyunu martın 16-17-də keçiriləcək.
|