Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Dietik, "Pəhriz" və "Borodinskiy" çörəklərini almayın


Çörəklərin gigiyenik və uyğunluq sertifikatı yoxdur

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Binəqədi qəsəbəsi 2-ci mədən ərazisində yerləşən "MAKO" kiçik müəssisəsində aparılan yoxlama zamanı müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan "MAKO" əmtəə nişanlı "Dietik" və "Pəhriz" çörəklərinin istehsal olunduğu aşkar edilib. Bu barədə İİN-dən verilən məlumata görə, həmin çörəklərin etiketində istehsal tarixinin göstərilmədiyi, xammalın saxlanma şəraitinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilib. Bununla əlaqədar hazır məhsul və xammaldan nümunələr götürülərək laboratoriya müayinəsinə göndərilib. Müəssisədə olan hazır məhsulların etiketlərindəki son istifadə tarixi əsasında onların saxlama müddəti araşdırılarkən, bu müddətin normativ-texniki sənədlərlə müəyyən edilmiş müddətlərdən artıq göstərildiyi aşkar olunub. Bununla da "MAKO" kiçik müəssisəsi istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verib. Götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsinə əsasən müəssisədə xammal kimi istifadə edilən çovdar səmənisində ekstraktın kütlə payı normadan az, Borodinskiy" çovdar çörəyində isə normadan artıq olub. Qeyd olunanlarla əlaqədar "Pəhriz" və "Dietik" çörəklərinin istehsalının və anbarda olan 30 ton çovdar səmənisindən çörək istehsalı üçün istifadə edilməsinin dayandırılması, habelə "Borodinskiy" çovdar çörəyinin istehsalının normativ sənədlərə uyğunlaşdırılması barədə göstəriş verilib.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Dietik, "Pəhriz" və "Borodinskiy" çörəklərini almayın
Yazılma Tarixi : 09.03.2010
Xəbər Etiketləri : "Dietik", "Pəhriz" və "Borodinskiy" çörəklərini almayın
Oxunma Sayı : 581
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Ukrayna: Rusiya Avropaya nəql olunan qazın həcmini azaldıb
Əmanətlərin qaytarılmasına ümidlər tükənir
“Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir”
Sovet əmanətləri qaytarılacaq
510 kiloqram yararsız mal məhv edildi
Sovet əmanətlərinin geri qaytarılması üçün təxminən 2,5 milyard dollar tələb olunur


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.