Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Dünya Bankı Azərbaycana 450 milyon kredit ayıracaq


Son illər dəmir yolu xəttlərinə buraxılan qatarlarda sərnişinlərin rahat gedib-gəlməsi üçün yüksək səviyyədə şərait yaradılıb. Məsələn Bakı-Mingəçevir qatarlarının vaqonlarında sərnişin mənzil başına çıtana kimi rahat kreslolarda əyləşir, 6-7 saatlıq yol boyunca televiziyaya tamaşa edir, çayla təmin olunurlar. Qatarın sanitar vəziyyəti və digər xidmətləri də yüksək səviyyədədir. Onu da deyək ki, buradakı kresloların düzümü mənzili xatırladır. Bakı-Gəncə qatarlarının vaqonlarında salon avtobus tipli olsada xidmət 90-cı illərlə müqayisədə xeyli yaxşılaşıb. Ancaq bütün bunlara baxmayaraq hələ də sərnişinlərin daşınması istiqamətində dəmir yolunda göstərilən xidmətin səviyyəsi bəzi inkişaf etmiş xarici ölkələrlə müqayisədə xeyli geridədir. Burada əsas problem isə qatarların sürətinin az olmasıdır. Son vaxtlar ölkəmizdə də xarici olkələrin təcrübəsinə əsaslanaraq sürət qatarlarının gətirələcəyi ilə bağlı məsələ gündəmə gətirildi. Ancaq nədənsə sonradan bu məsələyənin nə vaxt reallaşdırılacağı ilə bağlı məlumat verilmədi. Məsələylə bağlı məlumat almaq üçün Dəmir Yolu İdarəsinin mətbuat xidmətrinin rəhbəri Nadir Əzməmmədova müraciət etdik. Qurumun sözçüsü ölkəyə sürət qatarlarının gətirilməsi məsələsinin diqqətdə olduğunu ancaq maliyyə problemi üzündəndən hələlik reallaşmanın mümkün olmadığını dedi: "Gələcəkdə Bakı-Böyük Kəsik-Bakı dəmir yolu xətti ilə sürət qatarları xəttinin çəkiləcəyi planlaşdırılır. Bunun üçün sözügedən istiqamətdə dəmir yolu xəttinin açılışı də nəzərdə tutulub. Qeyd edim ki, artıq bu ideyanın reallaşdırılması üçün paytaxtda koreyalı mütəxəssislər dəvət olunublar. Onlar ölkənin dəmir yolu xətlərinin vəziyyəti ilə tanış olduqdan sonra, bildirdilər ki, yüksək sürət qatarlarının işini reallaşdırmaq üçün ilk növbədə ölkə ərazisində yeni dəmir yolu xətlərinin salınmasına ehtiyac var. Bu işlərin həyata keçirilməsi üçün isə Dünya Bankı Azərbaycana 450 millyon dollar həcmində kredit ayıracağı ilə bağlı razılaşması əldə olunub. Həmin vəsait hesabına 240 km uzunluğu olan dəmir yolu xəttinin tikintisi nəzərdə tutulub. Bununla yanaşı yeni lokomativlər alınacaq, siqnalizasiya, enerji sistemi quraşdırılacaq. Qeyd edim ki, hazırda sərnişin qatarlarının sürət xətti saatda 100 kilometr təşkil edirsə, sözügedən layihə həyata keçiriləcəndən sonra sürət həddi saatda 120-150 kilometə çatacaq. Nəticədə sürət qatarları xəttə buraxılandan sonra məsələn Gəncədən sərnişində Bakıya və oradan geriyə cəmi 4-5 saata gedib-gələ biləcəklər. İndi isə təkcə Kəncədən Bakıya 6-7 saata çatmaq mümkündür". N.Əzməmmədov sözügedən layihəninin nə vaxt reallaşdırılma vaxtının dəqiq məlum olmadığını da dedi: "Hələlik Beynəlxalq Bank tərəfindən kredit üçün nəzərdə tutulun vəsait ayrılmayıb. Pul ayrılandan sonra bu barədə dəqiq məlumat vermək mümkün olacaq və bu istiqamətdə işlərə başlanılacaq". ("OLAYLAR"İA)


 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Dünya Bankı Azərbaycana 450 milyon kredit ayıracaq
Yazılma Tarixi : 09.02.2010
Xəbər Etiketləri : Dunya Banki
Oxunma Sayı : 816
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Ukrayna: Rusiya Avropaya nəql olunan qazın həcmini azaldıb
Əmanətlərin qaytarılmasına ümidlər tükənir
“Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir”
Sovet əmanətləri qaytarılacaq
510 kiloqram yararsız mal məhv edildi
Sovet əmanətlərinin geri qaytarılması üçün təxminən 2,5 milyard dollar tələb olunur


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.