Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

"Elgizin cümə axşamına gedirəm"


Tanınmış aktyor Müdhət Aydın dostu və həmkarı Rada Nəsibovaya deyir: - Gəl, axşam teatra gedək. Rada etiraz edir: - Yox, gedə bilmərəm. "Elgizin cümə axşamı"na gedəcəyəm. Müdhət heyrətlə: - Hansı Elgizin?! - Elgiz Əkbərin də. - Caan, yazıq öldü bəyəmğ Nə vaxt öldüğ Uje cümə axşamısıdırğ Rada çətinliklə də olsa başa salır ki, Elgiz ölməyib, "Elgizin cümə axşamları" verilişin adıdır. Düzəliş Son nömrəmizdə Müsavat-ALP qarşıdurması barədə yazıda yol verilmiş xəta aləmi bir-birini qatıb. Əvəz Temirxanla məhkəmə çəkişməsindən qaçmaq üçün düzəliş vermək zorundayıq. Oxuculardan xahiş olunur ki, "Sülhəddin Əkbər dedi ki, Əvəz Temirxan qatıqlayır" fikrini belə oxusunlar: "Sülhəddin Əkbər dedi ki, Əvəz Temirxan sayıqlayır". Fasadı, yoxsa fəsadı? Sovetin axır vaxtlarıdır. Ağdamın Quzanlı kəndində tufan qopur. Təbii fəlakət nəticəsində bir sıra yaşayış evlərinin və inzibati binanın dam örtüyünü külək atır. Hadisədən 10 gün sonra pambıq briqadirlərindən birini "Dövlət əmlakını talamaq" ittihamı ilə həbs edirlər. Məhkəmədə hakim soruşur: - Pambıq çardağının şiferlərini, fasadına vurulmuş taxtaları niyə söküb aparmısan? Müttəhimin əvəzinə vəkili dillənir: - Yoldaş hakim, bu adam təqsirkar deyil, sadəcə verilən əmri düz anlamayıb. Güclü külək damı atıbmış. Yuxarıdan gəlib, buna tapşırıq veriblər ki, "dağıntının fəsadlarını aradan qaldır". Bu da elə bilib ki, "fasadları aradan qaldır" deyiblər. Yanlışlıq - Ötən sayımızda AVİP lideri Əli Əliyev barədə yazıda səhvə yol verilib. "Əli müəllim savaşa həvəsli görünür" cümləsi korrektorun xətası üzündən belə verilib: "Əli müəllim lavaşa həvəsli görünür". - Başqa bir xəta AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barədə yazıda gedib. "Fuad bəy Arif Hacılının qarşısında dirəşdi, sözünü dedi" fikri belə verilib: "Fuad bəy Arif Hacılının qarşısında irişdi, sözünü yedi". TV menyu "Sədr" televiziya kanalının axşam verilişləri 19.00 "Əks-səda". Vahid güclü politoloqları danışdıracaq. 19.45 "Hədə" Temirxanın müəllif verilişi. Əvəz rəqiblərinə barmaq silkələcəyək. 20.05 "Elgizin cümə axşamları". Tok-şou. 20.45 Reklam. "Xan" arağı. Əhməd Orucun təqdimatında. 21.00 "Elgizin üçü". Tok-şou. 21.10 Reklam. "Bəzən danışmaqdansa, çeynəmək yaxşıdır". 21.25 "Elgizin qırxı". Tok-şou. 22.35 Ədəbi almanax. Rasim Qaracanın qonağı futbol yığmamızın baş məşqçisi, almaniyalı Berti Foqtsdur. Əvəzi kim hədələyib? "İynə" Ehtimalla "İynə"də! Müsavat Partiyası ilə Liberal Partiya arasında konflikt dərinləşir. Müsavat barədə sonuncu açıqlamanı Əvəz Temirxan verib və bildirib ki, İsa Qəmbərin adamları onu hədələyirlər. Bir nəfər zəng edərək "İsa Qəmbər haqqında danışmaqda davam etsən, sənin başını kəsərik" deyib. Xəbəri oxuyan kimi "İynə"nin detektivləri işə başlayıb və araşdırmalar aparıblar. Maraqlı nəticələr var. Ekspertlərimiz Əvəz bəyin İsa Qəmbərin hansı adamı tərəfindən hədələndiyini aydınlaşdırmağa çalışıblar. Beləliklə: - "Səni çırparıq" desəydilər, bunu Mustafa Hacıbəyli edərdi. Çün, adam bir neçə dəfə dava salıb. - "Səni məhv edərik" desəydilər, demək bu Sülhəddin Əkbərin işi olardı. Çünki bu metod NATO-nun metodudur, adam da NATO ilə əməkdaşlıq edir. - "Sənin başını kəsərik" deyiblərsə, deməli "top" DUİ-dən atılıb. Hədə-qorxunu da Əhməd Oruc təşkil edib. Çünki adam xaş həvəskarıdır, başa qarşı antipatiyası var. Köşə yazarları da partiya yaratsın "İynə"nin ofisi. Tanınmış köşə yazarlarımız Xanvələd Nökəroğlu ilə Nihad Qayalar söhbət edir. Xanvələd Nökəroğlu: - Siyasətçilər köşə yazmağa başlayıb. Ötən il Arif Hacılı yazırdı, bu il də Əli Kərimli başlayıb. Nihad Qayalar yeni təkliflə çıxış edir: - O zaman köşə yazarları da partiya yaratsın. Onsuz da partiyaların çoxu təkadamlıqdır. Elnur Astanbəyli Əli Əliyev kimi partiya "başqanı" ola bilər. O da təkdir, bu da. Ağız ədəbiyyatı Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər barədə yaranmış şifahi xalq ədəbiyyatı nümunələri Mən aşiq Güləndama Gözələ, gül əndama Dost yolunda Xəzərim. Düşünməz, gedər dama. (Xəzər Teyyublu barədə KXCP Xətai təşkilatında yaranıb) Əzizinəm qaziyə Fədaiyə, qaziyə. "Yurd"çular aciz qaldı Batammadı Qaziyə. (Vahid Qazi haqqında Müsavatda formalaşıb) Mən aşiqəm Arifə Mustafaya, Arifə. İsa Qəmbər verəcək Başqanlığı Arifə. (Arif Hacılı haqqında Müsavatın Zaqatala təşkilatında yaranıb) Bəyturan niyə qaldığ Bir müddət öncə Türk Millətçi Partiyasının genel başqanı Vüqar Bəyturan böyük siyasətdən gedəcəyini açıqlamışdı. Ancaq az keçməmiş böyük öndər qalacağını açıqladı. Onun bu qərarı dünyanın super güclərini çaşdırıb. Hazırda nüfuzlu analitik mərkəzlər bu məsələni araşdırır, baş buğun niyə qaldığını tapmağa çalışırlar. "İynə"nin Araşdırma Mərkəzi bu məsələni çözüb. Mərkəzin ekspertləri hesab edir ki, Bəyturanın qalması Çin, Rusiya və Amerika arasında gedən gizli mübarizənin nəticəsidir. Yaxın vaxtlarda Mərkəzi Asiyaya yerləşməyə çalışan ABŞ bu bölgədə maraqları toqquşacaq dövlətlərə qarşı koalisiyası yaratmağı düşünür. Kəsəsi, Bəyturan Çinə və Rusiyaya qarşı ABŞ-ın müttəfiqi olacaq.


 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : "Elgizin cümə axşamına gedirəm"
Yazılma Tarixi : 17.02.2010
Xəbər Etiketləri : "Elgizin cümə axşamına gedirəm"
Oxunma Sayı : 532
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
"İynə"
“İynə”
"İynə"
"İynə"
“İynə”
“İynə”


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.