Elman Rüstəmov BVF-in Azərbaycan missiyasının rəhbərilə görüşüb
Mərkəzi Bankın sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Nienke Oomesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı "OLAYLAR"a Mərkəzi Bankdan veriblər. Görüşdə qlobal maliyyə böhranı şəraitində Azərbaycan Mərkəzi Bankının antiböhran fəaliyyəti, xüsusilə də məzənnə siyasəti yüksək qiymətləndirilib, post-krizis dövrünün pul və maliyyə sabitliyi strategiyaları geniş müzakirə edilib. Missiya rəhbəri 2009-cu ildə Azərbaycanın dünyada ən yüksək iqtisadi artıma malik ölkə olduğunu qeyd edib, mikroiqtisadi və maliyyə sabitliyinin qorunmasında Mərkəzi Bankın siyasətinin yüksək çevikliyini vurğulayıb. Mərkəzi Bankın sədri ölkənin qlobal maliyyə böhranı başlamazdan əvvəlki iqtisadi mənzərəsi, 2009-da Mərkəzi Bankın məzənnə siyasəti, iqtisadiyyata likvidlik dəstəyi məqsədilə pul siyasətinin korreksiyası, eləcə də maliyyə sabitliyinin gücləndirilməsi üçün görülmüş makroprodensial və nəzarət tədbirləri barədə ətraflı məlumat verib. Görüş zamanı həmçinin maraq doğuran digər məsələlər müzakirə edilib.
Xəbər Məlumatları
Rəy Bildir
Rəylər
Xəbər Başlığı :
Elman Rüstəmov BVF-in Azərbaycan missiyasının rəhbərilə görüşüb
Yazılma Tarixi :
22.02.2010
Xəbər Etiketləri :
Elman Rüstəmov BVF-in Azərbaycan missiyasının rəhbərilə görüşüb
Oxunma Sayı :
504
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Kür çayı da dondu
“Mitsubishi Motors” Qərbi Avropada istehsalı dayandırır
Zərif olmayanlar qovulacaq
Срок тюремного заключения Юлии Тимошенко может увеличиться до 12 лет