Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 2009-cu ilin əvvəli ilə müqayisədə 33294 nəfər artaraq 1 milyon 308 min 432 nəfərə çatıb. Bu barədə məlumat "OLAYLAR"a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən daxil olub. Məlumatda bildirilib ki, əmək pensiyaçılarının 39,4 faizi kişi, 60,6 faizi isə qadınlardır. Qadınların 389919 nəfəri çoxuşaqlı analardır. Dövlət qulluqçusu kimi pensiya alanların sayı isə 10112 nəfərə çatıb. Əmək pensiyaçılarının 133881 nəfəri işləyən pensiyaçılar, 37481 nəfəri isə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərdir. Əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 311849 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 137924 nəfər təşkil edir.
|