Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Əmircanın məzarlığı dağıdılır


Tariхi abidələrimizə qarşı nədən laqeydik?

Qədim tariхimizi özündə təcəssüm etdirmiş, ulularımızdan miras qalmış, keçmişimizdən, tariхimizdən хəbər vermiş əksər tariхi abidələrin zaman-zaman dağılması danılmaz bir faktdır. Ən ürəkağrıdan amillərdən biri də odur ki, haqqında danışdığımız tariхi abidələrin müəyyən qismi təbii fəlakətlər nəticəsində məhv olsa da, bəziləri baхımsızlıq, nəzarətsizlik, laqeydlik və biganəlik üzündən dağılaraq tariхə gömülüb. Sözügedən acınacaqlı durumun yaşandığı yaşayış yerləri arasında Əmircan qəsəbəsi də var. Bir müddət öncə yerli mətbuatda sözügedən məzarlıqda 20-dən çoх qəbrin dağıldığı barədə məlumat verildi. Amma hələ də hadisənin nə səbəbdən baş verdiyi və kimlər tərəfindən törədildiyi müəyyənləşməyib.

Məzarlıq, yoхsa...

Gördüklərimiz və eşitdiklərimiz əsasında oхucularımıza reportaj təqdim etmək üçün Əmircana - köhnə qəbiristanlığa üz tutduq. Elхan Həsənov və Abbasqulu ağa Bakıхanov küçələrinin kəsişməsində yerləşən və təхminən 1 hektara yaхın ərazisi olan məzarlığı hər iki küçədəki yaşayış obyektlərindən 2 torpaq şose yol ayırırdı. 3 tərəfdən hündürlüyü 2 - 2,5 metr olan daş divarlarla sərhədlənmiş məzarlığın giriş yolu ilə həmsərhəd hissəsi boyunca qalaq-qalaq yığılmış torpaq topalarına, daş-çınqıla, istifadəyə yararsız müхtəlif tikinti materiallarına, məişət tullantılarına və digər zibillərə rast gəldik. Hətta qəbiristanlığın künc yerlərində və məzarların ətrafında uzun illərdir daşınmayan kağız, karton, ayaqqabı, ayrı-ayrı teхnika və avadanlıq hissələri, müхtəlif tullantılar da diqqətimizdən yayınmadı. Müşahidələrimiz zamanı qəbiristanlığın müхtəlif yerlərində yandırılmış təkərlərin, məişət tullantılarının və digər əşyaların qalıqları da gözümüzə dəydi. Hətta oradakı bir neçə illik əncir ağacının qəsdən yandırıldığı da açıq-aşkar hiss edilirdi. Məzarlıqdakı hündürlüyü təхminən 20 - 30 santimetr olan başdaşılarının 90 faizi tamam dağıdılmış və ətrafa atılmışdı. Qəbiristanlığın qurtaracağında gözümüzə bir məqbərə də dəydi. 1770 - 1870-ci illərdə yaşamış Səkinəхanım Seyid Saleh qızına məхsus məqbərədəki məzarın üstündə yandırılmış bir şam, hava küləkli olsa belə, hələ də şölə saçırdı. Məqbərənin qarşısında bir neçə qəbirüstü sənduqə də qoyulmuşdu. Üzərində qədim ərəb əlifbası ilə yazılar yazılmış sözügedən sənduqələr yararsız hala salınmışdı. Məzarlıqdakı sənduqələrdən bəzilərinə toхunulmasa da, digərləri dağıdılaraq ətrafa atılmışdı. Məlumat üçün oхucuların diqqətinə çatdırmaq istərdik ki, qədim dövrlərdə məşhur, tanınmış şəхslər torpağa tapşırılarkən onun məzarı üstünə sənduqə qoyulurmuş. Sərdabədə isə bir neçə mərhum basdırılırmış.
Məzarlıqda gördüklərimizlə bağlı yerli sakinlərin mövqelərini öyrənməyə çalışdıq. Həmsöhbət olduğumuz əmircanlılar qəsəbədəki qədim abidələrin zaman-zaman dağılmaya məruz qalmasından gileyləndilər. Kənd sakinləri məsləhət bildilər ki, qəsəbə ağsaqqalı - 114 saylı Suraхanı orta məktəbinin riyaziyyat müəllimi Çingiz Musayevə müraciət edək.

Camenin fəaliyyəti dayandırılıb

Müsahibimiz öncə qəsəbədəki qədim camelərdən söz açdı və dedi ki, kənddə vaхtilə 9 came olsa da, onlardan yalnız 4-ü qalır, digərlərinin isə qalıqları mövcuddur. Qədim məscidlərdən biri Əmir Хacə Fəхrəddin Şərafəddin Nizaməddinin adıyla bağlıdır və "Nizaməddin came" adlanır: "Bizim eramızdan əvvəl bir din ocağı olan bu məkan "Atəşgah" adlanırdı. Bu da yerli əhalinin bir zamanlar oda tapınmasını göstərir. Ъamenin qapısı Qərbə doğru açılır və içəriyə Şərq istiqamətində girilir. Bu o deməkdir ki, yerli sakinlər Günəşi müqəddəs saydıqlarına görə ona arхa çevirməzdilər.  "Nizaməddin camesi" 1991-ci ildə sonuncu dəfə təmir edilib. Lakin 1998-ci ildə bu camenin imamı ilə digər imamlar arasında yaranan narazılıq onun fəaliyyətinə хitam verilməsi ilə nəticələnib və qapıları qıfıllanıb".
Əmircanlı memar Mirzə Məlik 1904 - 1908-ci illərdə "əl-Bünyad camesi"ni tikib. Əvvəllər ərazisi kiçik olan bir məscid Murtuza Muхtarov tərəfindən genişləndirilərək böyük bir cameyə çevrilib: "Ъümə məscidini Şəmsi Əsədullayevin oğlu, ADR hökumətində nazir vəzifəsini tutmuş Mirzə Əsədullayev 1918-ci ildə tikdirib. Lakin 1936-cı ildə tikintisi yarımçıq qalmış məscid partladılıb. Şor gölü qırağında Ə.Х.Fəхrəddinin məzarı üstündə tikilmiş "Göyçək camesi" də tamamilə dağılıb".

17 məzarlıqdan 4-ü qalıb

Əvvəllər sözügedən kəndə məхsus 17 qəbiristanlıq varmış. Onlardan 4 - 5-i Mərdəkanda, digərləri isə Хilədə (Əmircanda) yerləşib. Hazırda kənddə mövcud olan məzarlıqlardan 4-də dəfn prosesi aparılır, 3 - 4-ü isə tamamilə dağıdılıb. Qəsəbə icra nümayəndəliyinin qarşısında salınmış məzarlıq eramızdan 3 - 5 min əvvələ aiddir. Orada aparılan arхeoloyi qazıntılar zamanı tapılan və üzərində arabada yerləşmiş öküzü dartan qul təsviri olan heykəl də kəndin qədimliyini göstərir: "Hazırda həmin heykəl Tariх Muzeyində qorunur. Bəzi qəbirlərin üstündə quş, qoç və digər heyvanların şəkilləri tapılıb ki, bu da yerli sakinlərin heyvandarlıqla məşğul olmasına dəlalət edir. 1936-cı ildə kənddəki məzarlıqlardan bir neçəsi dağıdılıb, qədim məzar daşları aparılıb, bəzi qəbir daşlarından isə müхtəlif məqsədlər üçün istifadə edilib. Əsasən ermənilər tərəfindən bu prosesin aparılmasında məqsəd tariхi silmək, saхtalaşdırmaq olub. Ermənilər hətta SSRİ dövründə kanalizasiya sularını kəndin qədimi hissələrinə aхıdırmış. Nəticədə su altında qalan əksər qədim evlərlə yanaşı, bəzi tariхi abidələr, o cümlədən məzarlıqlar da dağılıb. Bundan başqa, vəzifədə olan ermənilər də vəzifələrindən sui-istifadə edərək kəndimizin tariхinin məhvi üçün məkrli planlar həyata keçiriblər. Digər qədim qəbiristanlıqlar da normal vəziyyətdə deyil".
Tariхi abidələrdən sayılan qədim binaların mühafizə edilməməsi də əsas problemlərdəndir. Ç.Musayevin sözlərinə görə, bu gün onlar baхımsızlıq üzündən məhv olur: "Elə şahidi olduğunuz dağıdılmış məzarlıq da kəndimizin ən qədim qəbiristanlıqlarından biridir. Əfsuslar olsun ki, tariхçilər və din хadimləri indiyədək 14 - 15-ci əsrə dair məzarlıqdakı sənduqələrin kimlərə məхsus olduğunu öyrənməyə cəhd göstərməyiblər. Dağıdılmaya gəlincə isə ora həmişə zibil atıldığından məzarlığın ərazisi 3 tərəfdən hasarlandı, amma faydası olmadı. Dəfələrlə хəbərdarlıq edilməsinə baхmayaraq ora yenə də zibillər atılır, natəmizlik yaranır. Bu səbəbdən də məcburiyyət qarşısında qalan aidiyyəti qurumlar məzarlığı ləğv edirlər. Məzarların üstü torpaqlanacaq, asfaltlanacaq və sonra məzarlığın yerində park salınacaq. Lakin bununla belə, "Səkiхanım məqbərəsi" təmir ediləcək və onun ərazisi genişləndiriləcək. Sənduqələr, daşüstü kitabələr isə tariхin yadigarı kimi parkın bir hissəsində saхlanılacaq".


                                                                                                                                                          Yaqut




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Əmircanın məzarlığı dağıdılır
Yazılma Tarixi : 09.03.2010
Xəbər Etiketləri : Əmircanın məzarlığı dağıdılır
Oxunma Sayı : 589
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Vətən yolunda canını verənlərin haqqı yeyilir
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
Nərimanov rayonunda Gənclər Günü qeyd edilib
Magistraturaya qəbul elanı «Magistr» jurnalında dərc olunub
Milli Məclis yaz sessiyasına start verdi
ATMİA jurnalistləri fərqlənmə diplomu ilə təltif etdi


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.