Daxili işlər orqanları tərəfindən gün ərzində 38 cinayət faktı qeydə alınıb. /"OLAYLAR"İA/ Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlardan 20-si "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər yaralanıb. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınıb. DİN əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 26 nəfər tutulub.