Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil dəstənin başçısı, ömürlük azadlıqdan məhrum edilən və hazırda Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun səhhəti normaldır. Bu barədə məlumatı "OLAYLAR"a MTN Təcridxanasında monitorinq keçirən Elçin Behbudov verib. Onun sözlərinə görə, komitə sədri monitorinq zamanı Hacı Məmmədovla görüşməsə də, onun səhhəti barədə məlumat alıb. Təcridxanadan bildiriblər ki, Hacı Məmmədovun səhhətində heç bir problem yoxdur".