Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Hesabdan çətin sual"


KXCP sədrinin müavini Yusif Sevdimalı dərsdən evə qanıqara gəlmiş qardaşı oğlundan soruşur:
- Nə olub ay balağ Niyə kefin yoxdu?
- Heç. Hesabdan "2" almışam.
- Niyə?
- Sual verdi ki, 2020-ci ildə Arif Paşa neçənci dəfə partiya dəyişəcək. Mən də bilmədim.
Yusif fikrə gedir:
- Hmm. Əslində çox çətin sualdı bala. Bunu nəinki mən, heç bir riyaziyyat uzmanı bilə bilməz.


Natiq mətbuata necə gəldi?

O°lu Müşfiq Ələsgərlidən soruşur:
- Ata, Natiq Cavadlı mətbuata necə gəlib?
- Deyir iş tapa bilmədim, düzəldim qəzetə.
- Bəs Xaqani Səfəroğlu?
- Xaqani tarix müəllimi idi. Rayonda iş almağa pulu olmadı, başladı jurnalist işləməyə.
- Bəs o Pənah Hüseynin yerlisi var e, Natiq Güləhmədoğlu, o necə gəlib mətbuata?
Müşfiq qımışır:
- Natiq əsgərlikdən sonra Bakıya qarpız satmağa gəlibmiş. Tərslikdən hava pisləşir, syouqlar düşür, alıcı olmur. Bir maşın qarpız xarab olur. Ziyana düşən Natiqin rayona qayıtmağa üzü gəlmir, jurnalist işləməyə başlayır.

 

"Mematinin ölümünü Raci Şaşmaz istəmir"

Milli Məclisin foyesi. Əhəd Abıyev həmyerlisi Hadı Rəcxəbli ilə söhbət edir. Əhəd:
- "Qurdlar vadisi"nə baxırsan?
- Hə, baxıram.
Əhəd təəccüblə:
- Bu Polad Ələmdar əvvəlki seriyalarda üç dəfə asqırırdı. İndi niyə asqırmır?
Hadı qımışır:
- O vaxt onun asqırmağı lazım idi. İndi lazım döyül.
- Bəs Memati niyə ölmür?
- Raci Şaşmaz istəmir.
- O kimdiğ "Qladio", yoxsa "Mossad"? Bəlkə Aron Fellerin adamıdır?
- Yox. heç kimin adamı deyil. Fimmin ssenari müəllifidir.


Arif Paşa Ümidə necə keçdi?

Neçə gündü mətbuat "Laçın" alayının keçmiş komandiri, polkovnik Arif Paşanın Ümid partiyasına transferini müzakirə edir. Ötən il üzv olduğu axırıncı partiyadan (ha illah elədiksə adının yada sala bilmədik) istefa verərkən "bir daha siyasətə qatılmayacağam" deyə bəyanat verən Arif Paşanını qəfil Ümiddə peyda olması siyasi ekspertləri təəccübləndirib. Dünyanın adlı-sanlı, nüfuzlu politoloqları hazırda bu məsələni müzakirə edir, Paşamın Ümidə gəlişinə izah tapmağa çalışırdılar. "İynə" Arif Paşanın Ümidə transferini ilə bağlı məsələlərə qismən aydınlıq gətirib. "İynə"yə sızan məlumata görə, Arif Paşanı Ümidə gətirmək İqbal Ağazadəyə asan başa gəlməyib. Tərəflər müqavilə bağlamazdan öncə şərtləri razılaşıblar. Şərtə əsasən Arif Paşa Ümiddə sədr müavini olmağa razılıq verib. Bunun qarşılığında isə Ümid partiyası çoxlu öhdəliklər götürüb. Öncə deyək ki, Arif Paşanın birbaşa transfer qiyməti (pobyomnı) açıqlanmır. Bilinən odur ki, Nurəddin Məmmədlinin ADP-dən AXCP-yə tranfserindən dörd dəfə bahadır). Ümid hər ay Arif Paşaya dörd Razi Abbasbəyli kimi funksionerin aldığı əmək haqqını ödəməli olacaq. Razılaşmaya əsasən, Arif Paşa partiyanın qərragahına daxil olan kimi hərbi salam veriləcək, "dnevalnı" "Var ol, paşam!" qışqıracaq. Hər həftənin şənbə günü funksionerlərdən biri paşama qonaqlıq verəcək.


"Yanvara qədər kim ölə, kim qala"

AXCP sədri Əli Kərimlinin yanında toplantı. Həsən Kərimli, Xaliq Bahadır və Nurəddin Məmmədli oturublar. Həsən Kərimli narazı halda:
- Razi Nurullayevi partiyaya niyə gətirdin?
Sədr təmkinlə:
- Xarici dil bilir, beynəlxalq əlaqələri var. Özü də cavan, perspektivlidir...
Xaliq Bahadır:
- Bəs aya o qədər niyə boyun olmusan?
- Pulsuz işlməyəcək ki?
Nurəddin Məmmədli:
- Demirik e, pul vermə. O qədər də yox də. Gələn ilin yanvarına qədər maaş alacaq bizdən.
Sədr qımışır:
- A kişilər, gələn ilin yanvarına çox var. O vaxta qədər kim ölə, kim qala. Kim qala, kim gedə. Bəlkə seçkidən sonra partiyanı bağladılar. Onsuzda adam qalmayıb. Təzə qanun çıxsa, partiyanın qeydiyyatı təhlükə altına düşəcək.


TMP-dən sərt bəyanat

Əfsanəvi futbol ulduzu, argentinalı Diyeqo Maradonanın türkiyəli futbolçu Sərvət Çətini "Lom" adlandırması Türk Millətçi Partiyasını qəzəbləndirib. Partiyanın yaydığı bəyanatda bildirilir ki, Diyeqonun bəyanatı türk dünyasına
qarşı hərəkətlənmənin göstəricisidir. "Son günlər bəzi kəndlərdə canavarların öldürülməsi, Rusiya telekanallarında canavarı ələ salan "Nu poqodi" multfilminin tez-tez efirdə görünməsi və Maradonanın Sərvəti hədəfə alan aşağılayıcı açıqlaması təsadüfi sayıla bilməz. TMP hesab edir ki, bu hücumların arxasında qədim türk düşmənləri olan Çin, Hindistan və Rusiya dayanır". Bəyanatın gerisi çox qorxulu və dəhşətli (TMP bu dövlətləri yerlə-yeksan etməklə hədələyir) olduğu üçün dərc etmirik.   


Pənah Türkiyəyə niyə getmişdi?

Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn məxfi şəkildə  Türkiyəyə yola düşüb. AXP-nin mənəvi liderinin Ankarada önəmli görüşlər keçirdiyi bildirilir. Pənahın Türkiyə səfəri ilə bağlı müxtəlif versiyalar var. Bəzi siyasi müşahidəçilər hesab edir ki, Pənah bəy Ankarada özü kimi Türkiyəyə xəlvət getmiş Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüş keçirib və ona Rusiya ilə mübarizə üçün yeni taktika verib.
Bəzi hava müşahidəçiləri bildirir ki, Pənah bəy Kiçik Asiyadan ölkəmizə yönələn soyuq hava siklonlarının qarşısını almaq üçün gedib. Başqa bir versiyaya görə, Türkiyədə hakim siyasi komanda ilə Silahlı Qüvvələr arasında yaranmış soyqu münasibətləri istiləşdirmək üçün gedib. Türk generalları arasında böyük nüfuza malik Pənah bəyin istəyinə çatdığı bildirilir. Deyilənə görə, cənab Hüseyn artıq Genelkurmayla AKP-nin münasibətlərini yoluna qoyub.


Ustadlar, şəyirdlər

Fətullah Gülənin siyasətdəki yetirmələri:
- Abdullah Gül, Rəcəb Tayyib Ərdoğan, Mehmet Əli Şahin, Əli Babacan.
Alpasrlan Türkeşin şəyirdləri:
- Dövlət Bahçeli, Mehmet Kaya, Atilla Kaya, Vulkan Vural.
Vüqar Bəyturan "şinel"indən çıxmış siyasətçilər:
- Samir Adıgözəlli, Razi Abbasbəyli, Məhəmməd Ərsoy, Elxan Şükürlü.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Hesabdan çətin sual"
Yazılma Tarixi : 10.03.2010
Xəbər Etiketləri : "Hesabdan çətin sual"
Oxunma Sayı : 619
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
"İynə"
“İynə”
"İynə"
"İynə"
“İynə”
“İynə”


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.