O, aşağı yaş qrupları üzrə komandalara nəzarət edəcək
İqor Getman yenidən "Neftçi" klubuna dönüb. Fanat.az хəbər verir ki, Vaqif Sadıqovun gələşindən sonra komandadan kənarlaşdırılan veteran futbolçu artıq yeni işini icrasına başlayıb. Sadıqova qədər "Neftçi"də köməkçi-məşqçi işləyən Getman bundan sonra yeni vəzifə icra edəcək. Belə ki, "Neftçi" rəhbərliyi onu aşağı yaş qrupları üzrə komandalara nəzarətçi təyin edib. Qeyd edək ki, Getman fasilələrlə 11 il "Neftçi"nin formasını geyinib.
|