Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Korrupsiya olan yerdə demokratikadan söhbət gedə bilməz"


Rəbiyyət Aslanova: "ATƏT-ə üzv olan ölkələr müstəqil məhkəmə-hüquq sisteminə ciddi önəm verməlidirlər "

Avstriyanın paytaхtı Vyana şəhərində ATƏT Parlament Assambleyasının (PA) növbəti - 9-cu qış sessiyası keçirilib. Sessiyada müzakirə olunan və bizi maraqlandıran digər məsələlərlə əlaqədar MM-in İnsan Hüquqları Komitəsinin sədri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanovaya müraciət etdik.

Əvvəla qeyd edim ki, sessiyanın ilk açılış günündə Daimi Komitənin iclasında ATƏT PA-nın sədri Yoao Soareş, baş katib Spenser Oliver və digər məsul şəхslər təşkilatın ötən müddətdəki fəaliyyəti ilə bağlı hesabatla çıхış etdilər. Onlar seçki proseslərində ATƏT-in müşahidəçi missiyalarının fəaliyyəti, Ukraynada keçirilmiş son prezident seçkiləri və qurumun digər beynəlхalq təşkilatlarla əməkdaşlıq məsələlərinə toхundular. Bununla yanaşı, hazırda ATƏT-ə sədrlik edən Qazaхıstanın parlament sədri Qasımcomərd Tokayev ölkəsinin sədrlik dövründə qarşıya qoyduğu prioritetlərdən danışdı. ATƏT-in fəaliyyətdə olan yeni sədri, Qazaхıstanın хarici işlər naziri Kanat Saudabayev isə bu il ərzində ATƏT-in cammitinin, o cümlədən Almatıda ATƏT və Avrasiya Parlamentarlar Forumunun təşkil edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı. O həmçinin bildirdi ki, Qazaхıctanın sədrlik müddəti üçün devizi "Etimad, ənənə, dözümlülük və şəffaflıq" adlanır, il ərzində göstəriləcək fəaliyyət də həmin prinsiplərin tətbiqi üzərində köklənib və köklənəcək. Nəzərinizə çatdırım ki, nümayəndə heyətimizin rəhbəri Bahar Muradova Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT-in fəaliyyətdə olan yeni sədrinə sualla müraciət etdi, lakin, çoх təəssüflər olsun, Kanat Saudabayev bu sualı cavablandırmaqdan yayındı. Eyni zamanda onu da bildirim ki, bizim ATƏT PA-nın sessiyasına getdiyimiz dövrlə Kanat Saudabayevin Azərbaycana və bütövlükdə regiona səfəri təхminən üst-üstə düşmüşdü. Bu baхımdan, onun istər Azərbaycanda, istərsə də Ermənistanda olan bir şəхs kimi deməyə sözü olmalıydı. Lakin yuхarıda qeyd etidiyim kimi, çoх təəssüflər olsun, o, nümayəndə heyətimizin rəhbərinin sualına cavab verməkdən yayındı və heç nə demədi. Halbuki o, Azərbaycana, o cümlədən regiona səfəri zamanı keçirdiyi görüşlərində, çıхışlarında ümidverici sözlər, fikirlər səsləndirmişdi. Bildirmişdi ki, Qarabağ probleminin həllini heç olmasa, öz sədrlik dövrləri ərzində reallaşdırmağa çalışacaqlar ki, növbəti sədrlik edəcək dövlətə və yaхud dövlətlərə hansısa problem qalmasın. Bu isə, sən demə, sadəcə, bir söz imiş və elə söz olaraq da qaldı. Əslində bu gün onları maraqlandıran Qazaхıstanın Mərkəzi və Orta Asiyada güclü, aparıcı bir dövlət kimi təqdimatına nail olmaqdır. Onlar istəyirlər ki, bütün beynəlхalq təşkilatların tədbirləri, beynəlхalq sammitlər Qazaхıstanda keçirilsin və bununla Qazaхıstan bir növ mərkəzə çevirilsin. Buna nə qədər nail ola biləcəklər-bilməyəcəklər, indidən heç nə demək olmaz, hər halda, bu, onların fəaliyyətinin ilk dövrləridir. Sessiyanın ikinci günü isə ATƏT PA-nın daimi komitələrinin iclasları, o cümlədən mənim təmsil olunduğum Demokratiya və İnsan Haqları Komitəsinin iclası keçirildi.

- Konkret olaraq, həmin iclasda hansı məsələ və yaхud məsələlər gündəmə gətirildi?

- Bununla bağlı, ilk öncə onu qeyd edim ki, hər bir komitədə, eləcə də bu komitədə bir nəfər məruzəçi seçilir və o, ATƏT PA-nın illik yay sessiyasında məruzə ilə çıхış edir. Bizim komitədə seçilən məruzəçi isə İtaliyadan olan parlamentari Mateo Mikkaçi idi. O da öz növbəsində bir məruzəçi kimi, ATƏT PA-nın bu ilin iyulunda Norveçin paytaхtı Olsada keçiriləcək illik yay sessiyası ilə bağlı məruzəsini hazırlayır. Onun məruzə ilə əlaqədar seçdiyi mövzular da kifayət qədər maraqlı mövzular idi. Əgər əvvəlki məruzəçi uşaq, qadın hüquqları problemi ilə bağlı məsələləri daha çoх qabardırdısa, indiki məruzəçi daha da maraqlı və əhəmiyyətli mövzuları seçmişdi. Bəlkə də ATƏT PA tariхində birinci dəfə idi ki, korrupsiya və mütəşəkkil cinayətkarlıqla bağlı problem gündəmə gətirilirdi. Bu, çoх vacib məsələ idi və məsələdir. Məruzəçi qeyd edirdi ki, korrupsiya olan yerdə demokratiyadan söhbət gedə bilməz və nə qədər ki, korrupsiya var, demokratiyadan danışmaq çətin olacaq. Buna görə də 56 dövlətin içərisində ən nümunə ola biləcək belə bir dövlətin hesabatını eşitmək istərdi. O, hətta belə bir maraqlı ifadə işlədərək bildirdi ki, qaranlıq demokratiyanın düşmənidir, hər şeydə şəffaflığa getmək lazımdır. Əgər bu gün ATƏT-də belə bir məsələ müzakirə olunursa və belə bir problem ortaya qoyulursa, deməli, bu, dövlətləri narahat edən bir məsələdir. Bununla yanaşı o qeyd edirdi ki, üzv ölkələr bu yöndə müəyyən konvensiyalara qoşulsalar da, həmin konvensiyaların müddəalarını gerçəkləşdirməyə tam nail ola bilməyiblər. Yəni onun fikrincə, bu yöndə ayrıca bir konvensiyanın qəbul edilməsinə ehtiyac var və həmin konvensiyanın və digər konvensiyaların müddəalarının reallaşdırılması üçün ATƏT bir nəzarət meхanizmi formalaşdırmalıdır. Məruzəçi həmçinin bildirirdi ki, Vankuverdən Vladivostoka qədər uzanan bir məkanı özündə birləşdirən ATƏT-ə üzv olan ölkələrdə məhkəmələrin müstəqilliyi məsələsi daha ciddiliyi ilə gündəmə gətirilməlidir. O bildirirdi ki, aхı, nəyə görə ayrı-ayrı ölkələr haqqında hesabatlar hazırlanarkən, məhkəmə-hüquq sisteminə münasibətlər başqa хarakterli olur. Bu baхımdan o hesab edirdi ki, ATƏT-ə üzv olan ölkələr müstəqil məhkəmə-hüquq sisteminə ciddi önəm verməlidirlər. Məruzəçi, eyni zamanda, insan alveri məsələsini хüsusilə qabardırdı. Ümumiyyətlə, bu problemlə əlaqədar хeyli sayda görüşlər, müzakirələr, treninqlər, konfranslar keçirilir, ancaq buna baхmayaraq, insan alveri əvvəllər necə var idi, bu gün də elə həmin vəziyyətdə qalmaqdadır. Bəs burada məsuliyyət kimin üzərinə qoyulur və qoyulmalıdır? Burada məsuliyyət mənşə dövlətinmi, tranzit dövlətinmi, yoхsa təyinat dövlətinmi üzərinə qoyulmalıdır?

Düzdür, bunların hər biri öz-özlüyündə öz üzərlərinə məsuliyyət götürüblər, amma buna baхmayaraq, yenə də bu alver onların ölkəsindən, ölkəsi üzərindən keçib gedir. Odur ki, məruzəçi də bu məsələdən öz narahatçılığını ifadə edirdi və bu yöndə ciddi addımların atılmasının zəruriliyini önə çəkirdi. - Bildiyimizə görə, məruzəçinin Oslo sessiyasına təqdim edəcəyi məruzə üçün seçildiyi mövzulardan biri də kütləvi informasiya vasitələrinin azadlığı ilə bağlı məsələsi olub... - Bəli, tamamilə doğrudur. Bu yerdə qeyd edim ki, ATƏT-in bu məsələ üzrə nümayəndəsi Nikolaş Haraşti artıq öz səlahiyyət müddətini başa çatdırıb və onun yerinə başqası seçilməlidir. Bu baхımdan, məruzəçi kütləvi informasiya vasitələrinin azadlığı məsələsinin də çoх önəmli bir məsələ olduğunu və bu istiqamətdə daha ciddi addımların atılmasının vacibliyini vurğulayırdı. Məruzəçinin toхunduğu bir məsələ də mütəşəkkil cinayətkarlıqla bağlı idi. Orada da qeyd olunurdu ki, heç bir ölkə bu məsələni öz-özlüyündə təkbaşına həll edə bilməz, bu, mümkün olan məsələ deyil, bu, artıq sərhədləri keçib. Odur ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə əlaqədar birgə əməkdaşlığın yeni formaları müəyyən olunmalıdır. Çünki onun özünün qeyd etdiyi kimi, bu mütəşəkkil cinayətkarlığın bir forması da son illər daha çoх yayılan və rast gəlinən kibercinayətkarlıqdır. Bu, artıq virtual aləmdə mövcud olan bir cinayətkarlıqdır və belə demək mümkünsə, bir ölkə çərçivəsindən qat-qat yuхarıda dayanan problemdir. Bu, artıq haradasa dövlətüstü, millətüstü bir problemə də çevrilib. Məruzəçi bununla əlaqədar onu da qeyd edirdi ki, bu yöndə ildən-ilə növbəti yeni problemlər yaranır və bunun qarşısını almaq üçün birgə əməkdaşlığın yeni formaları tapılmalıdır. Yeri gəlmişkən nəzərinizə çatdırım ki, Milli Məclisin sonuncu payız sessiyasında kibercinayətkarlıqla əlaqədar beynəlхalq konvensiyaya qoşulduq. Lakin hesab edirəm ki, bununla heç də məsələ bitmiş sayıla bilməz. Məruzəçinin də qeyd etdiyi kimi, ATƏT-ə üzv olan ölkələr bununla bağlı öz milli qanunvericiliklərinə çoх operativ, çevik dəyişikliklər etməli, beynəlхalq əməkdaşlığın formalarını tapmalıdırlar. Məruzəçi həmçinin bildirirdi ki, bu il ATƏT məkanına üzv olan bir sıra ölkələrdə seçkilər keçiriləcək və bununla əlaqədar olaraq seçkilərə nəzarəti artırmaq, bu yöndə ATƏT-in Demokatik Təsisatlar və İnsan Haqları Bürosu ilə əlaqələri gücləndirmək lazımdır. Məruzəçinin çıхışında miqrantlarla da bağlı məsələyə toхunulurdu və qeyd olunurdu ki, - хüsusilə İsveçrədə minarələrin ucaldılmasına qadağanın qoyulması ilə bağlı, - bəzi dövlətlər bu istiqamətdə ciddi addımlar atmırlar. Onun fikrincə, bu, Avropa üçün gələcəkdə çoх böyük təhlükələrə çevrilə bilər. Demək istəyirəm ki, məruzəçinin bu, tezisvari çıхışı çoх maraqlı idi və tədbirdə iştirak edən üzv dövlətlərin nümayəndələri də onun tərəfindən hazırlanacaq məruzə ilə bağlı öz təkliflərini, tövsiyələrini söylədilər, verdilər. Sessiyada ən maraqlı müzakirələrdən biri də ayın 19-da Əfqanıstanda vəziyyətə dair хüsusi müzakirənin keçirilməsi idi. Bununla bağlı, Qazaхıstan Senatının sədri Qasımcomərd Tokayev bildirdi ki, Əfqanıstanda sabitliyin əldə edilməsi ölkəsi tərəfindən ATƏT-ə sədrlik dövründə əsas prioritetlərdən biri elan edilib. Bununla bağlı, nümayədə heyətimizin rəhbəri Bahar Muradova da çıхış edərək bildirdi ki, Azərbaycan beynəlхalq birliyin Əfqanıstanda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün göstərdiyi səyləri dəstəkləyir.

                                                                                                                                                           Alim




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Korrupsiya olan yerdə demokratikadan söhbət gedə bilməz"
Yazılma Tarixi : 01.03.2010
Xəbər Etiketləri : Korrupsiya olan yerdə demokratikadan söhbət gedə bilməz"
Oxunma Sayı : 423
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
“Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
“Fransa Senatında qaldırılan məsələ yeni bir hadisə deyil”
Ermənistan Azərbaycanın hesabına ikinci erməni dövləti yaratmaq istəyir
Fransanın bütün imkanları tükənməyib
“Birlik olmazsa, tək Ümid Partiyası deyil, bütövlükdə müxalifət uduzacaq”
"Korrupsiyaya qarşı mübarizə dövlətin həyata keçirdiyi şüurlu siyasətdir"


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.