Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

MTRŞ elektron mediyaya ictimai nəzarət məsələsini müzakirə edəcək


Məlahət Həsənova: "Televiziyalara ictimai nəzarət vacibdir"

Yaxın günlərdə Milli Televiziya və Radio Şurası elektron media ilə bağlı dövlət tənzimlənməsi və ictimai nəzarət mövzusunu müzakirə edəcək. Qurum rəhbərliyi belə düşünür ki, televiziyalara ictimai nəzarətin olması vacib amildir. Əgər bu olarsa, proqramların keyfiyyəti yüksələr. İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədlinin fikrincə, ölkədə teletənqidin yox səviyyəsində olması verilişlərin keyfiyyətinin yüksəlməsinə əngəl yaradır. Proqramların təhlili aparılmır. Onun fikrincə, vacib məsələlərdən biri də fəal tamaşaçı kütləsinin yaradılmasıdır. Ümumiyyətlə, bu sahə ilə bağlı müxtəlif, eyni zamanda təzadlı fikirlər mövcuddur. Bəziləri fikirləşir ki, televiziyalara nəzarətin olması heç nəyi dəyişməyəcək. Millət vəkili Nəsib Nəsiblinin fikrincə, televiziyalara hökumət tərəfindən nəzarət o qədər güclüdür ki, onun fəaliyyətini azad olmayan bir institutun fəaliyyəti kimi qiymətləndirmək lazımdır: "Hökumət televiziya kanalları üzərində nəzarəti o qədər gücləndirib ki, onlar dar bir çərçivədə keyfiyyətli veriliş hazırlamaq imkanına malik deyillər. Prezident Administrasiyasının rəhbəri belə məlum məqaləsində televiziyalarla bağlı vəziyyəti çox doğru tənqid etdi". Televiziyalara ictimai nəzarətin yaxşı ideya olduğunu deyən millət vəkili onu da bildirdi ki, nəzarətdən daha çox televiziyalara azadlıq vermək lazımdır. Belə ki, televiziyalar nə qədər çox azad olarlarsa, daha keyfiyyətli verilişlər hazırlaya bilərlər: "Mən çox insanlardan soruşuram və onlar deyirlər ki, yalnız informasiya verilişlərini izləyirlər. Digər verilişlərin cəlbedici olmadığını bildirirlər. Bu fikirdə olanların arasında mən də varam. Azərbaycan televiziyasına az baxan insanların sırasındayam. Həqiqətən mənasız verilişlər olur". Göründüyü kimi millət vəkili televiziyalarda yaxşı verilişlərin olmamasının səbəbini onların tam olaraq azad olmamasında görür. Millət vəkili Məlahət Həsənova da məsələ ilə bağlı öz fikirlərini irəli sürdü. Onun sözlərinə görə, adının nə olmasından asılı olmayaraq televiziyalara hansısa bir nəzarət mütləq olmalıdır. Millət vəkili hesab edir ki, bu ictimai nəzarət formasında olsaydı, daha yaxşı olardı: "İctimai nəzarət də heç bir marağı, təmənnası olmayan və ictimaiyyətdə nüfuza malik olan insanların və ya təşkilatların daxil olduğu bir nəzarət olmalıdır. Bu gün Azərbaycanın bir sıra televiziyalarında yayımlanan verilişlərə baxanda fikirləşirsən ki, sən Azərbaycanda deyil, başqa ölkədəsən. Milli dəyərlərimizin təbliği, milli problemlərimizlə bağlı, əsrlər boyu formalaşan gözəl adət-ənələrimizin təbliği, təhsil, vətənpərvərlik və bu kimi vacib məsələlərlə bağlı verilişlər yetərli deyil. Amma elə verilişlər var ki, gündən-günə yetişməkdə olan gənclərimizin mənəviyyatının aşınmasına xidmət edir: "Bu mənada ictimai qınaq da getdikcə zəifləyir. Dövlət nəzarəti yox, ictimai qınaq da demək olar ki, yox səviyyəsindədir. Bəzi telekanallarda efirə çıxan insanlar, xüsusilə qadınları nəzərdə tuturum, geyimi, danışığı ilə özlərini elə təqdim edirlər ki... O qədər bayağı formada olurlar ki, dərin düşüncələri, dərin təcrübələri olmayan gənclərimiz, şagirdlərimiz bundan nə başa düşsünlərğ Onsuz da dünyada qloballaşma ilə bağlı çox ciddi problemlər var. Yüksək texnologiyaların kəşfindən sonra qloballaşma daha da sürətlə inkişaf edir. Onsuz da internetdən, saytlardan o qədər lazımsız informasiyalar insanlara təsir edir ki, bunun qarşısını almaq hədsiz çətindir. Televiziyaların da ağzının qıfılı yoxdur ki, valideyn onu bağlasın və getsin. Valideynlərin işi olur, uşaqlara bəzən nəzarət edən olmur". M.Həsənova gecə saatlarında biabırçı filmlərin efirə verildiyini vurğuladı. Millət vəkilinin fikrincə, Latın Amerikasının, Afrikanın mənəviyyatımıza, əxlaqımıza heç bir şəkildə yaramayan lazımsız filmləri göstərilir ki, adam baxanda dəhşətə gəlir. Belə şeylərə də uşaqlar baxır: "Baxmayaraq ki, mən orta yaşlı insanam, o filmlərdə, süjetlərdə deyilən sözləri, göstərilən məqamları deməyə xəcalət çəkirəm. Bizim prezidentimiz dəfələrlə öz çıxışında bildirib ki, Azərbaycan nə qədər müasirləşsə, nə qədər inkişaf etsə də, Azərbaycan ailələrində uşaqlarımız milli dəyərlərimizə sayğı ilə böyüdülməlidir. Biz milli dəyərlərimizi itirməməliyik, eyni zamanda bəşəri mədəniyyətdən yararlanmalıyıq. Buna görə də xüsusilə televiziya, radioya, mətbuata ictimai nəzarət mütləq olmalıdır". M.Həsənova onu da bildirdi ki, tutaq ki, ABŞ bir sıra dəyərlərə görə dünyaya örnək gətirən kimi qəbul olunur. Amma bu ölkədə il ərzində göstəriləcək filmlər xüsusi nəzarətdən keçirilir. Dövlətçiliyə, ümumi maraqlara və digər məqamlara zidd olub-olmadığı yoxlanılır: "ABŞ-da belədir, amma bizdə yayımlanan Latın Amerikası filmlərində elə ailə süjetləri, elə adətlər göstərirlər ki, onlar bizim ailələrimizi təmiz dağıdır. Azərbaycan dünya mədəniyyətinə verdiyi bir sıra gözəl bəşəri töhfələrlə yanaşı, eyni zamanda gözəl ailə institutu verib. Başqa ölkələrdə evlər açırlar ki, qadınlar küsəndə gedib orda qalsın. Amma bizdə ailələrdə olan ağbirçək, ağsaqqallar ailələrə tövsiyələrini verirlər. Ailələrdə "Qızıl toy", "Gümüş toy"ları keçirilir. Avropa ölkələrində qocaları qocalar evinə qoyurlar, amma bizdə hər kəs bilir ki, qocalanda övladı ona sahiblik edəcək. Bizim ulularımız əsrlər boyu bu adətləri göz bəbəyi kimi qoruyub və bizə ötürüblər".




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : MTRŞ elektron mediyaya ictimai nəzarət məsələsini müzakirə edəcək
Yazılma Tarixi : 14.04.2010
Xəbər Etiketləri : MTRŞ elektron mediyaya ictimai nəzarət məsələsini müzakirə edəcək
Oxunma Sayı : 957
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
İki ölü ulduz birləşəcək
Dünyanın ən kiçik videokamerası yaradılıb
Yer kürəsində 6 ballıq maqnit dalğası başladı
Sabah Yerin yaxınlığından asteroid keçəcək
İnternet istifadəçilərinə xəbərdarlıq
Türklər kosmosa uçacaqlar


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.