Jurnalda açıq test tapşırığı nümunələri də verilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Magistr" xüsusi buraxılışının 1-ci sayını nəşr edib. TQDK-dan verilən məlumata görə, nəşrdə ali məktəblərin magistraturalarına qəbul qaydaları dərc olunub. Bundan başqa buraxılışda ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə qəbul imtahanı proqramı və izahlı test tapşırığı nümunələri, xarici dillər üzrə qəbul imtahanı, informatika üzrə qəbul imtahanı, riyaziyyat üzrə qəbul imtahanı, açıq test tapşırığı nümunləri, "Sorğularınıza cavab" rubrikası dərc olunub. Magistratura ixtisaslaşmaları üzrə qəbul proqramları və ixtisaslaşma seçimi cədvəlləri jurnalın növbəti sayında dərc olunacaq. ("OLAYLAR"İA)
|