Anar Namazov dərman içib özünü öldürmək istəyib
Bakıda tanınmış hakimin oğlu intihara cəhd edib. "OLAYLAR"ın məlumatına görə, hadisə martın 7-də baş verib. 1986-cı il təvəllüdlü Anar Namazov martın 7-də ailə münaqişəsi zəminində bilərəkdən dərman içərək intihara cəhd edib. Ailə üzvləri hadisədən dərhal xəbər tutub və evə təcili yardım çağırılıb. Anar Namazov təcili 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Xəstənin vəziyyəti ağır olduğundan o xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində Anar Namazovu həyata qaytarmaq mümkün olub. Hazırda Anar Namazov şəhər klinik xəstəxanasında həkim nəzarətində saxlanılır. Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Anar Namazov Səbail rayon Məhkəməsinin sabiq hakimi Alim Namazovun oğludur. Anar Namazovun konkret hansı səbəbdən intihara cəhd etməsi barədə məlumat verilmir.
|