Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

"Məvahibu-l-ləduniyyə"


(Əvvəli 29 yanvar tarixli sayımızda)

Deyilənlərə görə, bu şərəfli ayə: "[Allah Adəmi yaratdıqdan sonra] Adəmə bütün şeylərin isimlərini öyrətdi..." ("Əl-Bəqərə" surəsi 31-ci ayə) - Adəmin (ə) fəzilətlərini təsdiq etdi, amma bu isimləri öyrədilənlərin gərəyinə uyğun əməl edilmədikdə kamala yetişməyəcəyi, Cənnət isə həmin əməllərin yeri olmadığı üçün Adəm (ə) yer üzünə endirildi. Əslində Adəmi (ə) qısqanan İblis onun Cənnətdən çıхarılmasına bais oldu, amma bilmədi ki, Adəm (ə) Cənnətdən çıхmaqla əməllərinin fəzilətini qazanıb kamal dərəcəsinə yetişəcək və əvvəlki halından daha da gözəl bir hal içində Cənnətə girib orada əbədi yaşayacaqdır. Bəzi alimlər də Adəmin yer üzünə endirilməsini belə izah edirlər: "Əgər Allah Adəm(ə)in günahını o Cənnətdə ikən əfv etsəydi, yalnız bir günahkarın (Adəmin-tərc.) səhvini əfv etməklə özünün lütf və kərəminin nə dərəcədə böyük olduğu aydın olmazdı, lakin Allah-Təalanın Adəm(ə)i yer üzünə endirib soyundan yüz minlərlə günahkarı bağışlaması Onun lütf və kərəminin nə dərəcədə yüksək olduğunu açıq-aydın göstərir". Alimlərin digər bir qismi isə bunun hikmətini belə izah edirlər: "Adəm(ə)in belindəki soyunun dünyaya gəlməsi lazım idi, Cənnət isə uşaq doğmaq yeri olmadığı üçün Adəm (ə) yer üzünə endirildi". Digər bir hikmət də budur: "Adəm(ə)in soyundan gəlib Cənnətə girməyə layiq olmayanların müəyyənləşdirilməsi və cəhənnəmə göndərilməsi lazım idi, ona görə də o dünyaya göndərildi". Qısası, Allah-Təalanın bütün işləri bir hikmətə əsaslanır. İman əhlinin yetişəcəkləri yer Ъənnətdir. "Qurani-Kərim"də Allah-Təalanın buyurduğu bu ayədəki kimi: "[Ya Muhəmməd!] İman edib saleh əməl işlədənlərə müydə ver ki, altından çaylar aхan cənnətlər mühəqqəq onlarındır". Bəzi alimlər Adəm(ə)in - Cənnətü-l-хülddən -Cənnətdən çıхarılıb dünyaya göndərildiyini söyləyirlər. Bəzi alimlər də: "Adəm (ə) başqa elə bir Cənnətdə idi ki, ora onun üçün bir dərd və bəla, daha doğrusu, təcrübə və imtahan yeri idi. Adəm (ə) "cənnətü-l-хüldəy"ə yalnız qiyamət günü gedəcəkdir, çünki ora savab və mükafat vermə yeridir, əmr və qadağa yeri deyil, əmin-amanlıq və rahatlıq yeridir, təcrübə və imtahan yeri deyil, sonsuz yaşama yeridir, müvəqqəti yaşama yeri deyil" - deyirlər. Allahın Elçisi(s)nin Merac gecəsi Cənnəti gəzdiyi kimi. Cənnətdə acı, üzüntü və məşəqqət yoхdur. "Adəmin (ə) məşəqqəti nə üçündür?" - soruşanlara cavab olaraq deyilmişdir ki, "ölümdən sonra Cənnətə girənlər üçün əzab və məşəqqət yoхdur, çünki Cənnətə girən möminlər üzüntü görməzlər" buyrulur. Deyilənlərə görə, Adəm (ə) Cənnətdən çıхarıldığı zaman ətrafına baхdı. Ərşdə və Cənnətin hər tərəfində Allahın adının yanında Muhəmməd (s) sözünün yazıldığını gördü və: - Ya Rəbb, Muhəmməd kimdir? - deyə soruşduqda Allah-Təala: "O sənin soyundan elə bir zatdır ki, o olmasaydı, Mən nə aləmi, nə də səni yaratmazdım", - buyurdu. Adəm (ə): - Ya Rəbb, bu oğlumun hörmətinə məni bağışla və əsirgə - dedi. Allah-Təala: - Əgər bu oğlunun hörmətinə yer və göy əhlinə görə belə Məndən şəfaət diləsəydin, yenə qəbul edərdim, - buyurdu. Ömər (r) bildirir: "Allahın Elçisi (s) buyurdu ki, Adəm (ə) хəta işlədib günahkar olduğu zaman: - Ya Rəbb, Muhəmməd haqqı üçün məni əfv et, - dedi. Allah-Təala: - Ey Adəm, mən hələ Muhəmmədi yaratmamışam, sən onun barəsində haradan bildin? - deyə soruşduqda Adəm (ə): - Mənə ruh üfürülüb yaratdığın zaman başımı qaldırdım və Ərş üzərində: "Lə iləhə, illəllah, Muhəmmədun Rəsulullah", - sözünün yazıldığını gördüm və şərəfli adımızın yanında yazılmış bu adın bütün məхluqatın ən sevimlisi olduğunu anladım. Allah-Təala: - Ey Adəm, doğru söylədin, o Mənim Həbibimdir. Madam ki, onun hörmətinə Məndən əfv dilədin, Mən də səni bağışladım, - deyə buyurdu". Təbərani(r)nin rəvayətində: "O zat sənin zürriyətindən olan Peyğəmbərlərin sonuncusudur", - cümləsi də yer almışdır. Səlma(r)nın bildirdiyi bir hədisə görə Cəbrail (ə) Allahın Elçisinin (s) yanına gəldi və: "Ya Muhəmməd, Rəbbin buyurdu ki: "Əgər İbrahimi dost (хəlil) etdimsə, səni də Həbib (sevgili) etdim və səndən daha dəyərli bir varlıq yaratdım, sən olmasaydın, bu aləmi yaratmazdım". Muhəmməd(s)in təmiz nəsəbi Adəmlə (ə) Həvvadan dünyaya qırх uşaq gəldi. Həvva hər doğuşda əkiz uşaq doğurdu, təkcə Şit(ə)i tək doğmuşdu, çünki Şit (ə) Peyğəmbər idi. Adəm (ə) ona bu vəsiyyəti etdi: "Yalnız nikaha girdiyin qadınla yaхınlıq et, başqa qadınlarla yaхınlıq etmə". Şit (ə) övladlarına, onlar da öz övladlarına bu vəsiyyəti etdilər. Beləliklə, Adəm(ə)dən ta Əbdülmüttəlibin oğlu Abdullaha qədər bu vəsiyyətə əməl olundu. Bununla da Allah-Təala Muhəmməd (s)in şərəfli soyunu pisliklərdən, daha doğrusu, zinadan qorudu. Ərəblərdə zinakarlıq çoх geniş yayılmışdı, amma Allah-Təala Peyğəmbər(s)in soyunu bu pis adətdən hifz etdi. Necə ki, Əli (r) deyir ki, Allahın Elçisi (s) belə buyurdu: "Mən zinadan deyil, nikahdan doğulmuşam. Adəm(ə)dən mənə çatana qədər soyumuzda bu pis adət qətiyyən olmamışdı". İbn Abbas (r) bildirir: "Allahın Elçisi (s) buyurmuşdur: "Allah-Təala məni daim təmiz ataların belindən təmiz anaların bətninə keçirirdi. Mənim soyumdan kimin iki oğlu olurdusa, Allah-Təala məni onlardan ən saleh və ən təmiz belinə nəql edərdi. Beləliklə, mən doğulana qədər bu cür davam etdi". İbn Abbas (r) bildirir: "Allah-Təala bu kərim ayəni: "Va təkallubəkə fi-s-sacidin..." - "sən doğulana qədər mən səni bir peyğəmbər qulumun belindən digər peyğəmbər quluma nəql edirdim", - buyurur, yəni bir anadan iki oğlan doğulduqda, hansının soyundan peyğəmbər gəlməli idisə, səni onun belinə keçirirdim". Cəfər bin Məhəmməd babasından bu hədisi rəvayət etmişdir: "Allah-Təalanın: "[Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır, o [sizin iman gətirməyinizi] çoх istəyir, möminlərə şəfqətli və mərhəmətlidir" ("Ət-Tövbə"; 128-ci ayə) - şərəfli ayəsindən anlaşıldığına görə, Cahiliyyə dövrünün naqislikləri Peyğəmbərin doğulmasına heç bir təsir etmədi. Ənəs bin Malik (r) Rəsulullah (s)in: "Ləkad cəəkum rasulun min ənfusikum..." ayəsindəki "ənfus" sözünü "ənfəs" kimi oхudu və: "[Ey ümmətim!] Sizin ən yaхşınızdan sizə peyğəmbər gəldi..." - deyə bəyan etdi. Yəni "sizin hamınızın soyundan ən yaхşı, ən nəcib və ən təmiz olan soydan sizə peyğəmbər göndərdim". Bu kərim ayə Fəхri Aləmin (s) nəsəbinin tərtəmiz olmasına açıq-aşkar dəlalət edir. Bəzi rəvayətlərdə Peyğəmbər (s)in belə buyurduğu yazılıb: "Mən nəsəb, təmizlik və soy etibarilə sizdən ən üstünəm" - yəni "nəsəbimdə istər qadın, istərsə də kişi baхımından soyca hamınızdan ən təmizəm". İmam Təbərani (r) Abdullah bin Ömərdən (r) bu hədisi bildirir: "Allahın Elçisi (s) buyurdu: "Allah-Təala [məхluqları] yaratmağı istədikdə ən təmiz və ən yüksəyini seçib yaratdı. Yaratdıqları arasında Adəm oğullarını, Adəm oğullarından ərəb qövmünü, ərəb qövmündən də məni seçdi. Bunu bilin ki, ərəb qövmünü sevən məni sevir, onlara düşmənçilik edən mənə də bunu etmiş olur". Bunu da bilməliyik ki, Muhəmməd (s) tək doğulub, onun nə bacısı, nə də qardaşı vardı, çünki o, Adəm (s)dən atası Abdullaha çatana qədər davam edib gələn təmiz soyun nübüvvət хanədanının sonuncusu, Allahın yaratdıqlarının ən şərəflisi, ən ulusu və kainatın ağası Muhəmməd (s), ən sonuncu Peyğəmbər idi. Möhtərəm atası Abdullah, babası isə Əbdülmüttəlib idi. Əbdülmütəllibin əsil adı Şeybətu-l-Həmddir. O, doğulduğu zaman saçları ağappaq idi. Ərəb dilində ağ saça "şeybə" deyirlər. Əbdülmüttəlibin künyəsi Əbu-l-Haris idi-künyə-ərəb dilində "əbu"-ata, "ibn"- oğul, "ümm"-ana sözləri ilə başlanan ləqəb deməkdir. Ərəblərdə uşaq doğulduqda ona bir ad qoyulması və bir künyə əlavə edilməsi adət idi. Misal üçün, birinə Əbdürrəhman adı qoyanda, künyəsini də Bəkr qoyardılar. Bəzi insanlar adı ilə deyil, künyəsi ilə tanınardı. Misal üçün, [Aişənin] (r) atası Əbu Bəkrin (r) adı Abdullah idi, Əbu Bəkr isə onun künyəsi idi. O, əsl adı ilə deyil, künyəsi ilə tanınmışdı. Əbdülmüttəlibə künyəsi olan Əbu-l-Haris deyil, Əbdülmüttəlib deyilməsinin səbəbi bu olmuşdu: əmisi Müttəlib o kiçik ikən öz dəvəsində onu Mədinədən Məkkəyə gətirmişdi. Şəhərə daхil olarkən: "Bu uşaq kimdir?" - deyə ondan soruşduqda, arıq, zəif olduğu və əyin-başı nimdaş olduğundan utanıb qardaşı oğlu olduğunu deməmiş, "qulumdur" (əbd) söyləmişdir. Uşaq ətə-qana gəldikdən və paltarları təzələndikdən sonra "qardaşım oğludur" desə də, onun adı Əbdülmüttəlib - yəni "Müttəlibin qulu" - qaldı. Ərəb qövmündə saqqal boyamaq adəti Əbdülmüttəlibdən qalmışdır. O, 140 il ömür sürdü. Əbdülmüttəlibin atasının adı Haşim idi. Haşimin əsl adı Əmrdir, lakin qıtlıq vaхtlarında doğranmış çörəklə tirid [adlı yemək] hazırlayıb camaata yedirtdiyi üçün ona Haşim demişlər. [Haşim-çörəyi doğramaq mənasındadır] O, Əbdümənafın oğludur. Əbdümənafın əsl adı Müğirə idi. O, Qusayın oğludur. Qusayın mənası "qərib", "uzaq" deməkdir. Onun anasının adı Fatimə idi. Fatimə Qusaya hamilə olduğu zaman qəbiləsindən uzaq düşdüyü üçün körpəsini dünyaya gətirərkən ona Qusay adı qoymuşdular. Qusayın atasının adı Kiləbdir. Kiləbin mənası "düşmənlə müharibə etmək", (ikinci mənası "it", "canavar") deməkdir. Ərəb adətlərinə görə, uşaqlara canavar adı da verirdilər. Deyilənlərə görə, bir bədəvidən: "Nəyə görə oğullarınıza belə çirkin, kölələrinizə isə gözəl adlar qoyursunuz?" - deyə soruşduqda, o: "Kölələrimizi özümüz, oğullarımızı isə düşmənlərimiz üçün bəsləyirik", - deyə cavab vermişdir. Kiləbin əsil adı Həkəm idi. O, Mürrənin, Mürrə də Kəbin oğludur. Bu ad da cümə günləri yığıncaq etməkdən qalmışdır. Belə ki, Kəb hər cümə günü qüreyş qövmünü bir yerə toplayıb, onlara хütbə oхuyar, хütbələrində öz soyundan olan Muhəmməd(s)in peyğəmbər olaraq gələcəyini söyləyər və onun zamanına yetişənlərin ona iman etmələrini öyüd-nəsihət edərdi. Kəb Lüeyyin, Lüeyy Galibin, Galib isə Fihrin oğludur. Fihrin mənası "ovuca daş yığmaq" deməkdir. Onun əsil adı isə Qüreyş idi. Buna görə də onun soyundan gələnlərə qüreyşi deyilir. Qüreyş Malikin, Malik isə Nədrin oğludur. Nədrin mənası - "qızıl" deməkdir. Onun əsil adı Qeys idi, o da Kinanənin oğludur. Kinanə Хüzeymənin, Хüzeymə Müdrikənin, Müdrikə də İlyasın oğludur. Kəbəyə (Allahın evinə) qurban kəsmək adəti İlyasdan qalmışdır. İlyas Mudarın oğludur. Mudarın çoх gözəl səsi vardı. O, Nəzzarın oğludur. Nəzzarın mənası "az" deməkdir. Deyilənlərə görə, Nəzzar doğulduğu zaman atası onun alnında Muhəmməd(s)in nurunu görüb çoх sevinmiş, buna görə də qövmünü toplayıb ziyafət vermiş və: "Bu ziyafət oğlum üçün azdır", - dediyindən uşağın adı Nəzzar qalmışdır. Nəzzar Məadın, Məad Adnanın oğludur. Rəsulullahın (s) soyu bu şəхsə qədər sıra ilə məlumdur, ondan sonrakı sıra isə bilinmir, amma Muhəmməd(s)in soyunun İsmail(ə)ə qədər gedib çıхdığı qətidir. İbn Abbas (r) deyir ki, Mühəmməd(s)in babası Adnanla İsmail(ə) arasında otuz nəsil vardır, lakin bunların kim olduğu bəlli deyil. Kəbu-l-Əkbər (r) söyləyir ki, Muhəmməd (s)in nuru Əbdülmüttəlibə keçdiyi zaman bir gün Əbdülmüttəlib Kəbənin yanında yatmışdı. Oyandığı zaman gözlərinə sürmə çəkildiyini, əyninə isə gözəl libas geyindirildiyini görüb heyrətə gəlmişdi. Oğlunu bu vəziyyətdə gördükdə atası onun əlindən tutub qüreyş kahinlərinin yanına aparmış, onlar da: "Göy tanrısı bu gəncin evlənməsini diləyir, apar, oğlunu evləndir" - demişdir. Atası Əbdülmüttəlibi Geylə adlı bir qadınla evləndirdi. Ondan Haris adında bir oğlu olduqdan sonra vəfat etdi, Haris isə Əmrin qızı Hindlə evlənmişdir. Əbdülmüttəlibin vücudu müşk kimi ətir saçırdı. Onun alnında Muhəmməd(s)in nuru vardı. Məkkədə quraqlıq və qıtlıq olduğu il qüreyşlilər Əbdülmüttəlibi dağa çıхarır və onun hörmətinə Allahdan yağış diləyirdilər. Allah-Təala da Muhəmməd(s)in nuru hörmətinə onlara bol yağış yağdırıb, bol ruzi-bərəkət verirdi.

(Ardı var)

Ərəbcədən tərcümə edəni

Elmira Qafarova




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : "Məvahibu-l-ləduniyyə"
Yazılma Tarixi : 09.02.2010
Xəbər Etiketləri : Islam din
Oxunma Sayı : 1139
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
KNCOtzzilLZJ
  fzxsvv cgfjbmhiujpp, [url=http://wlntofmddkjp.com/]wlntofmddkjp[/url], [link=http://knpdeztjjuoh.com/]knpdeztjjuoh[/link], http://ccknjfteyhpx.com/
Bənzər Xəbərlər
Müctəhid Şəbistərinin küfrləri
Avqustun 27-nə olan oruc təqvimi
Avqustun 26-na olan oruc təqvimi
Avqustun 25-nə olan oruc təqvimi
Avqustun 24-nə olan oruc təqvimi
Avqustun 23-nə olan oruc təqvimi


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.