Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Azərbaycanda milli şüurun inkişafını istəməyənlər


Soyadların dəyişdirilməsinə qarşı çıxırlar

Media Mərkəzinin təşkil etdiyi "Azərbaycanda debat mədəniyyəti" çərçivəsində dünən növbəti debat keçirilib. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı və tarixçi alim Musa Qasımlının qatıldığı debatda son vaxtlar əsas müzakirə mövzusu olan soyad sonluqlarının dəyişdirilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Soyad məsələsinin milli varlığın bir hissəsi olduğunu deyən millət vəkili soyad sonluqlarının dəyişdirilməsinin zəruri olduğunu deyib. 200 ilə yaxın bir müddətdə türkçülüyümüzü əlimizdən almağa cəhdlər göstərildiyini vurğulayan VHP sədri mənəviyatımıza qarşı represiya həyata keçirildiyini qeyd edib. Sabir Rüstəmxanlı bildirib ki, soyad sonluqları ilə bağlı məsələdə siyasi qərar olmalıdır: "Əgər dövlət istəyirsə ki, soyad sonluqları dəyişdirilsin bunun üçün siyasi qərar verilməlidir. Əslində bu cür müzakirələrlə biz dünyanı özümüzə güldürürük. Hələ o zaman parlamentdə bu məsələ müzakirə ediləndə spiker Murtuz Ələsgərov dedi ki, kim istəyirsə gedib dədəsinin adını dəyişsin. Əgər ziyalı saydığımız insanlar bu məsələyə belə reaksiya verir və soyad sonluğunun dəyişdirilməsini dədə adının dəyişdirilməsi ilə eyniləşdirirsə buna nə deyəsən. Bəlkə də Qarabağda məğlubiyyətimizin bir səbəbi soyad problemidir. Nə üçün bizim idmançılar beynəlxalq yarışlarda başqa soyadlar iştirak etməlidirlər". Millət vəkili hesab edir ki, latın qrafikalı əlifbaya keçərkən heç bir problem yaşanmadığı kimi, soyad sonluqlarının dəyişdirilməsi zamanı da hansısa problem meydana çıxmayacaq: "Azərbaycanda milli şüurun inkişafını istəməyən, etnik separatizm mövqeyində olanlar soyadların dəyişdirilməsinə qarşı çıxırlar. Əgər ziyalı milli kimliyini bilmirsə ondan ziyalı olmaz. Soyad sonluğu da milli atributlardan biridir". VHP sədri ictimaiyyətin soyad sonluqlarının dəyişdirilməsinə ciddi etiraz etməyəcəyi qənaətindədir. Millət vəkili hesab edir ki, prezident İlham Əliyev soyadını dəyişdirəcəyi təqdirdə bütün nazirlər avtomatik olaraq anoloji addımı atacaq və soyadlarını dəyişdirəcəklər. Sabir Rüstəmxanlı ölkədə yaşayan etnik azlıqlara da bunun şamil edilməsini zəruri sayıb. Bildirib ki, ölkədə yaşayan etniklər rus soyad sonluqları ilə birlikdə bizimlə olublarsa, yeni soyad sonluqları zamanı da bizimlə birgə olmalıdırlar. Millət vəkili lı, zadə, bəyli kimi soyad sonluqlarının seçilməsini məqsədəuyğun sayıb: "Təssüflər olsun ki, bizdə hələ də bəyləri kölələşdirmək siyasəti yürüdülür. Əlimərdan bəy Topçubaşov adına olan küçədə bu insanın adını Əlimərdan Topçubaşov kimi yazırlar. Soruşan yoxdur ki, sənə birisinin adını dəyişdirməyə kim ixtiyar verib". Tarixçi alim Musa Qasımlı isə bu məsələ ilə bağlı ictimai müzakirələrin keçirilməsini məqsədəuyğun sayıb. Onun sözlərinə görə, Azərbaycanda hər hansı bir qərar qəbul edilərkən heç bir ictimai müzakirə keçirilmir və cəmiyyətin mövqeyi nəzərə alınmır. Ona görə də soyad sonluqlarının dəyişdirilməsi zamanı ictimai müzakirələrin keçirilməsi zəruridir. O, bu istiqamətdə maarifçiliyin aparılmasını da vacib sayıb. Musa Qasımlı deyib ki, hansısa adminstrativ qərarlar isə məqbul deyil və bu bir neçə ildən sonra öz mənfi nəticəsini göstərəcək: "Soyadların dəyişdirilməsi zəruridir. Ancaq bu zorla qəbul edilməməlidir. Elə soyadlar var ki, brend, markadır, insanlar həmin soyadlarla tanınıb. Onu necə dəyişdirmək olarğ". Ekspert Seyran Məmmədli isə soyad sonluqları zamanı zadə şəkilçisinin qəbulunu məqsədəuyğun saymayıb. Bildirib ki, zadə fars sözüdür: "Yad sözlər dilimizdən çıxarılmalıdır. Öz adlarımız qalıb bir tərəfdə itin-qurdun adını özümüzə yapışdırırıq. Bu məsələdə bəlkə də biz ən bədbəxt millətik. Biz türkük". Hüquq müdafiəçisi Çingiz Qənizadə isə soyad sonluqlarının dəyişdirilməsi zmanı şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi zərurətinin meydana çıxacağını bildirib. Qeyd edib ki, təxminən 4 milyon insan şəxsiyyət vəsiqəsini dəyişməli olacaq: "Nəzərə alsaq ki, bir şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ən azı 20 manata başa gəlir, bu zaman  işbazlar bu prosesdən yaxşı yararlana biləcəklər. İşbazlar bu prosesdən təxminən 80 milyon manat gəlir götürəcəklər".

Süleyman




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Azərbaycanda milli şüurun inkişafını istəməyənlər
Yazılma Tarixi : 12.03.2010
Xəbər Etiketləri : Azərbaycanda milli şüurun inkişafını istəməyənlər
Oxunma Sayı : 580
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Siqaret və ya məişət narkomaniyası
Qurdlar vadisi
Həm çox ye, həm də arıq qal: bu, necə olur?
Abşeron və Sumqayıtın Bakı ilə əlaqəsi tam kəsildi
Maklerlərin toruna düşənlər
Aldadılan qızlar…


Son xəbərlər
 
  Kəskin hava şəraiti regionlarda rabitənin işinə necə təsir etdi?
 
 
  “Aztelekom” İB xəbərdarlıq edir
 
 
  XİN: Suriyada diplomatlarımızın ailələrinin təhlükəsizliyi diqqət mərkəzindədir
 
 
  Ceyranbatan Su Anbarı donur!
 
 
  Rabitə xətlərinin keçdiyi ərazilərdə icazəsiz işlər aparanlar cinayət məsuliyyətinə cəlb ediləcək
 
 
  MHP İğdır millət vəkili Sinan Oğan Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib
 
 
  Ötən il ərzaq məhsullarından 1190 insan zəhərlənib
 
 
  Şaxtalı havada 53 nəfər travma alıb
 
 
  Ötən il 30 botulizm hadisəsi qeydə alınıb
 
 
  Brilliant Dadaşova pərəstişkarlarına sürpriz hazırlayır
 
 
  Bəşər Əsədin xanımı danışdı
 
 
  Süd və süd məhsullarının monitorinqi təхirə salınıb
 
 
  Dərmandan zəhərlənənlərin 10 faizi özünəqəsd edənlər olub
 
 
  Umud Rəhimoğlu Nyu-Yorkda BMT-nin toplantısına qatılıb
 
 
  Ötən il Kliniki Tibbi Mərkəzə 535 müraciət olub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.