Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Milyarderlərin yeni reytinqi açıqlanıb


 

Siyahıya meksikalı mediamaqnat Karlos Slim başçılıq edir

 

Nüfuzlu “Forbes” jurnalı dünyanın ən zəngin adamlarının ənənəvi illik siyahısını açıqlayıb. “Forbes” onun varidatını 53,5 mlrd. dollar həcmində qiymətləndirib. Ekspertlərin fikrincə, təkcə son 12 ay ərzində K.Slimin sərvəti 18,5 mlrd. dollar artıb. O, həm də 1994-cü ildən bəri siyahıya başçılıq edənlər arasında ABŞ vətəndaşı olmayan ilk şəxsdir. Ötən il dünyanın ən varlı adamı seçilən “Microsoft”un banisi Bill Geyts ikinci yerdə qərarlaşıb – 53 mlrd. dollar. Son bir ildə onun varidatı 13 mlrd. dollar artıb.2008-ci ildə “Forbes”in siyahısına başçılıq edən amerikalı maliyyəçi Uorren Baffet üçüncü yerlə kifayətlənməli olub – 47 mlrd. dollar. Ötən bir il ərzində onun sərvəti 10 mlrd. dollar artıb.Ümumiyyətlə, “Forbes”in reytinq cədvəlində dünya üzrə varidatının həcmi 1 mlrd. dolları ötən 1011 nəfərin adına rast gəlinir. Onların 218 nəfərinin adı siyahıda ilk dəfədir yer alır. Siyahının ilk onluğunda yer alan milyarderlər bir il ərzində sərvətlərinin ümumi həcmini 254 mlrd. dollardan 342 mlrd. dollara çatdıra biliblər.Maraqlıdır ki, Avropa ölkələri arasında ən çox milyarderlə bu il Rusiya təmsil olunur – 62 nəfər. Ötən il bu rəqəm 32 olub. “Forbes”in siyahısında adına ilk rast gəlinən rusiyalı milyarder isə Novolipetsk Metallurgiya Kombinatının Direktorlar Şurasının sədri Vladimir Lisindir. 32-ci yerdə qərarlaşan V.Lisinin sərvəti 15,8 mlrd. dollar həcmində qiymətləndirilib.“Çelsi” futbol klubunun sahibi Roman Abramoviç Mixail Proxorov (39 - 13,4 mlrd. dollar) və Mixail Fridman (42 - 12,7 mlrd. dollar) kimi həmyerlilərindən sonra 50-ci yerlə kifayətlənməli olub - 11,2 mlrd. dollar. Faktxeber.com




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Milyarderlərin yeni reytinqi açıqlanıb
Yazılma Tarixi : 11.03.2010
Xəbər Etiketləri : Milyarderlərin yeni reytinqi açıqlanıb
Oxunma Sayı : 491
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
"İynə"
“İynə”
"İynə"
"İynə"
“İynə”
“İynə”


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.