Əli Əliyev: ”Səslərin parçalanmasına imkan verməsin”
“Müxalifət parlament seçkilərinə bir neçə blokla getsə də, çalışacağıq ki, dairələr üzrə namizədlərimizi uzlaşdıra bilək”. Belə bir açıqlama ilə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev çıxış edib. VİP sədri “OLAYLAR”-a deyib ki, digər partiyalarla məsləhətləşmələr bundan sonra da davam edəcək: “Seçkilərdə bizə mane ola biləcək amilləri aradan qaldırmağa çalışacağıq. Həmin amillər içərisində narazı elektoratın səslərinin dairələr üzrə parçalanmasının qarşısını almaq birinci sırada durur. Əslində vəziyyətin çətin ola biləcəyinin fərqindəyik. Ancaq çalışacağıq ki, bu problemi aradan qaldıraq. Ümumilikdə müxalifət çalışmalıdır ki, səslərin parçalanmasına imkan verməsin”. Əli Əliyev müxalifətin səslərinin parçalanmasının seçkidə uğursuzluğa gətirib çıxaracağını da istisna etməyib.
|