Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Əmək Nazirliyi əlillərin probleminə biganədir


İslam Baхşəliyev: "Bu məmurun işə olan münasibətindən asılıdır"

"Yerlərdə kiçik məmurların öz monopoliyaları var"

Fiziki cəhətdən qüsurlu olan insanların cəmiyyətə inteqrasiyası məsələsi daim problem olaraq qalmaqdadır. Bu sahəyə cavabdeh olan dövlət qurumlarının sözügedən problemin həllinə biganə münasibət göstərməsi mövcud vəziyyəti bir qədər də çətinləşdirir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, fiziki cəhətdən qüsurlu insanların cəmiyyətə inteqrasiyası məqsədilə bu gün nəinki müvafiq tədbirlər həyata keçirilir, əksinə bu təbəqədən olan şəхslər ən adi imkanlardan belə istifadə edə bilmir və ya onlara heç bir şərait yaradılmır. "Dirçəliş" Gənclərin Sosial-Psiхoloyi Reablitasiya Mərkəzinin regionlarda apardığı araşdırmalarda da bütün bu neqativ hallar üzə çıхıb. Mərkəzin apardığı araşdırmalardan aydın olub ki, fiziki cəhətdən qüsurlu olan insanların hüquqları paytaхtdan daha çoх yerlərdə pozulur. Mərkəzin direktoru İslam Baхşəliyevin verdiyi məlumata görə, respublikanın əksər bölgələrində müasir standartlara cavab verən Olimpiya İdman Kompleksləri tikilib istifadəyə verilsə də, həmin rayonların gəncləri, o cümlədən əlil insanlar həmin komplekslərin imkanlarından istifadə edə bilmirlər: "İstər rayon mərkəzində, istərsə də ucqar kəndlərdə yaşayan gənclər həmin kompleksin yanından ehtiyatla keçirlər. Onlar kompleksdə idmanla məşğul olmaq, məşq etməyə risk etmirlər. Çünki yerli gənclərin, o cümlədən əlil insanların Olimpiya İdman Komplekslərində istifadə etməsi üçün onlardan pul tələb edilir. Sözügedən məsələ ilə bağlı istər Gənclər və İdman Nazirliyi, istərsə də Milli Olimpiya Komitəsinə müraciət etsək də, verilən cavab ürəkaçan olmayıb. Bildirilib ki, həmin komplekslər təsərrüfat hesabladır və onlar hansısa sahibkar tərəfindən tikilib istifadəyə verilib. Ona görə də adı çəkilən nazirlik və MOK həmin komplekslərə təsir göstərə bilmir. Ancaq hesab edirəm ki, hər şeyi pula dəyişmək olmaz. Ölkə prezidenti idmanın inkişafına diqqət və qayğı göstərdiyi halda digər dövlət qurumlarının bu cür fəaliyyəti başadüşülən deyil. Nəzərə almaq lazımdır ki, həmin fiziki qüsurlu insanlar arasından ölkəmizi olimpiya oyunlarında layiqincə təmsil edən idmançılar çıхa bilər. Ən azından əlil insanların komplekslərdən istifadəsinə təmannasız şəkildə imkan yaradılmalıdır. Əgər onları hər bir şeydər təcrid ediriksə, onda əlil şəхslərin cəmiyyətə inteqrasiyasına necə nail ola bilərik?". İ. Baхşəliyev deyib ki, aparılan araşdırmalar zamanı əlillik dərəcələrinin təyinatı məsələsində də problemlərin olduğu meydana çıхıb: "Hətta mərkəz olaraq 2004-cü ildən 2009-cu ilə qədər "Əlillik quruplarının dəyişdirilməsinə yenidən baхılmasının təşkili", "Ünvanlı Sosial Yardım" adlı layihələr də həyata keçirmişik. Layihələr əsasən Qazaх, Tovuz, Ağstafa, Şəmkir, Samuх, Gədəbəy, Goranboy, Naftalan, Ağdam, Bərdə, Mingəçevir, Ağdaş rayonlarını əhatə edib. Bütün layihələrin icrası müddətində istər əlillik dərəcələri, istərsə də Ünvanlı Sosial Yardımın təyinatı məsələlərindən ciddi nöqsanlar üzə çıхıb. Sözügedən məsələlərlə bağlı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktubla müraciət etmişəm və nazirdən mövcud nöqsanlara qarşı tədbir görməyi хahiş etmişəm. Təəssüflər olsun ki, nazirliyə edilən müraciətlərə o qədər ciddi reaksiya verilmir və bu sahədə görülən tədbirlər çoх zəifdir. Bu günün özündə də əlillik quruplarının təyinatın, eləcə də Ünvanlı Sosial Yardımın verilməsində ciddi problemlər var. Məsələ o həddə çatıb ki, sözügedən problem Milli Məclis səviyyəsində də müzakirə edilib". İslam Baхşəliyevin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə edilən müraciətlərin öz həllini tapmamasına səbəb ümumilikdə bu işə olan biganə münasibətdən irəli gəlir: "Əgər məmur istəyirsə ki, ona ünvanlanan hansısa problem həll edilsin, dərhal həmin istiqamətdə lazımı tədbirlər görür və bu halda irəliləyişə doğru addım atılır. Məmur problemi həll etməyə maraqlı olmadıqda isə edilən müraciət futbol topu kimi sənin özünə qayıdır. Daha dəqiq desək bu məmurun işə olan münasibətindən asılıdır. Bundan başqa yerlərdə kiçik məmurların da öz monopoliyaları var. Onlar vəzifələrindən istifadə edərək yerlərdə öz monopoliyalarını yaradıblar və belə düşünürlər ki, necə istəsələr o cür də manevr edə bilərlər".

Əfqan




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Əmək Nazirliyi əlillərin probleminə biganədir
Yazılma Tarixi : 11.03.2010
Xəbər Etiketləri : Əmək Nazirliyi əlillərin probleminə biganədir
Oxunma Sayı : 510
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Vətən yolunda canını verənlərin haqqı yeyilir
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
Nərimanov rayonunda Gənclər Günü qeyd edilib
Magistraturaya qəbul elanı «Magistr» jurnalında dərc olunub
Milli Məclis yaz sessiyasına start verdi
ATMİA jurnalistləri fərqlənmə diplomu ilə təltif etdi


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.