Təhsil Nazirliyi cari ildə monitorinq aparıb" />
Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Təhsil Nazirliyi cari ildə monitorinq aparıb


Amma məktəb direktorları artıq ötən il işindən azad olunub

Təhsil Nazirliyi məlumat verib ki, nazirliyin "Qaynar xətt"inə yanvar-fevral aylarında daxil olan məlumatlar hamısı araşdırılıb. Aparılan monitorinqlər nəticəsində isə Bakı şəhərində yerləşən 10 məktəbin direktoru tutduğu vəzifəsindən azad olunub. Direktorları azad olunan məktəblərin bir neçəsi ilə əlaqə saxlayıb, məktəbin keçmiş direktorlarının hansı səbəbdən işdən ayrıldıqlarını öyrənmək istədik. Qeyd edək ki, zəng etdiyimiz məktəblərin hamısında direktorların işdən azad olunduğunu bildirsələr də, onun hansı səbəbdən işdən çıxarıldığı barədə heç bir məktəbdən məlumat vermək istəmədilər. Qarşılaşdığımız maraqlı fakt isə ondan ibarət oldu ki, əlaqə saxladığımız 6-7 məktəbdən yalnız bir neçəsinin direktorunun cari ilin yanvar, fevral və ya mart ayında işindən azad olunduğunu öyrəndik. Məktəblərin çoxundan isə bizə verilən məlumatdan aydın oldu ki, onların məktəblərinin direktorları hələ ötən ildən dəyişdirilib. Həmin məktəblərin adının hansı səbəbdən nazirliyin bu il keçirdiyi monitorinqlərin siyahısına düşdüyü maraq doğurur. Məsələn, 37 saylı məktəbdən bildirdilər ki, həmin məktəbin direktoru dekabr ayında işindən azad edilib. 192 saylı məktəbdən isə bildirdilər ki, məktəbin direktoru mart ayının 8-də işindən çıxarılıb. Məktəbdən onu da bildirdilər ki, martın 8-də vəzifəsindən çıxan direktor kişi müəllim olub və özü də öz ərizəsi ilə könüllü işindən ayrılıb. 228 saylı məktəbdən bildirdilər ki, məktəbin direktoru ötən il işindən çıxarılıb. Təzə direktorun artıq 3 aydır ki, vəzifəsini icra etdiyi bildirildi. 141 saylı məktəbdən aldığımız cavab da əvvəlki ilə eyni oldu. Belə ki, xanım direktor hələ ötən ilin sonunda vəzifəsindən kənarlaşdırılıb. Bir məqamı qeyd edim ki, 141 saylı məktəbin direktoru ilə elə təxminən 3 ay əvvələ öz işimlə bağlı söhbət aparmışdım. O zaman xanım direktor bildirdi ki, artıq yorulub və bu günlərdə ərizə yazıb, işindən ayrılmaq istəyir. Onun sözlərinə görə, məktəb həddən artıq təmirsizdir. Elə bu səbəbdən də direktor qorxurdu ki, məktəbin tavanı uçar və şagirdlər xəsarət alar. Bu məsuliyyəti boynuna götürmək istəməyən direktor çarəni işindən çıxmaqda gördüyünü də əlavə etmişdi. Yəni ki, bu direktorun da könüllü işindən ayrıldığına şübhə yoxdur. 321 saylı məktəbdən verilən cavab nazirliyin apardığı monitorinqlərin vaxtı ilə üst-üstə düşdü. Belə ki, həmin məktəbin direktoru cari ilin fevral ayında dəyişdirilib. 208 saylı məktəbdə isə əksinə. Ordan aldığımız məlumata görə, məktəb hələ oktyabr ayından direktorsuz olub. Müvəqqəti direktorun idarəçiliyində olan məktəbə fevral ayında yeni direktor təyin olunub.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Təhsil Nazirliyi cari ildə monitorinq aparıb
Yazılma Tarixi : 10.03.2010
Xəbər Etiketləri : Təhsil Nazirliyi cari ildə monitorinq aparıb
Oxunma Sayı : 652
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
"İynə"
“İynə”
"İynə"
"İynə"
“İynə”
“İynə”


Son xəbərlər
 
  Kəskin hava şəraiti regionlarda rabitənin işinə necə təsir etdi?
 
 
  “Aztelekom” İB xəbərdarlıq edir
 
 
  XİN: Suriyada diplomatlarımızın ailələrinin təhlükəsizliyi diqqət mərkəzindədir
 
 
  Ceyranbatan Su Anbarı donur!
 
 
  Rabitə xətlərinin keçdiyi ərazilərdə icazəsiz işlər aparanlar cinayət məsuliyyətinə cəlb ediləcək
 
 
  MHP İğdır millət vəkili Sinan Oğan Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib
 
 
  Ötən il ərzaq məhsullarından 1190 insan zəhərlənib
 
 
  Şaxtalı havada 53 nəfər travma alıb
 
 
  Ötən il 30 botulizm hadisəsi qeydə alınıb
 
 
  Brilliant Dadaşova pərəstişkarlarına sürpriz hazırlayır
 
 
  Bəşər Əsədin xanımı danışdı
 
 
  Süd və süd məhsullarının monitorinqi təхirə salınıb
 
 
  Dərmandan zəhərlənənlərin 10 faizi özünəqəsd edənlər olub
 
 
  Umud Rəhimoğlu Nyu-Yorkda BMT-nin toplantısına qatılıb
 
 
  Ötən il Kliniki Tibbi Mərkəzə 535 müraciət olub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.