Müdafiə Nazirliyindən hərbi komissarlıqlara qadağa" />
Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Müdafiə Nazirliyindən hərbi komissarlıqlara qadağa


Komissarlıqların 100-dən artıq işçisi 4 aydır ki, əmək haqqı almır

Ölkənin hərbi komissarlıq sistemində çalışanlar bilərəkdən çökdürülür. "!OLAYLAR"ın məlumatına görə, artıq 4 aydır ki, respublikadakı hərbi komissarlıqlarda işçilərə maaş verilmir. Hərbi komisarlıqdakı mənbələrdən "OLAYLAR"a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi dekabr ayından etibarən hərbi komissarlıq sistemində çalışan işçilərə əməkhaqqı verməyi qadağan edib. Komissarlıq bu barədə bütün hərbi komissarlara xüsusi tapşırıq verib. Mənbənin dediyinə görə, bu prosesin yaranmasına səbəb hərbi komissarlıq sistemində çalışan işçilərin qəfil ixtisara düşməsinə etiraz etməsi olub. Başqa hərbi hissələrə köçürülmələri xahişi ilə hərbi komisarlıq işçiləri Müdafiə Nazirliyinə müraciət edib və onların işsiz qalmasının qarşısının alınmasını istəyib. Müdafiə Nazirliyi isə həmin qulluqçulara rədd cavabı verib. Vəzifələrini itirən 1000-dən artıq işçi də buna narazılıq olaraq hərbi komissarlıq səviyyəsində etirazlara başlayıb. Məsələ ilə bağlı müdafiə naziri Səfər Əbiyevə məlumat verilib və hərbi komissarlıq işçilərinin öz ərizəsilə işdən çıxmaq istəmədikləri bildirilib. Hərbi qulluqçularla prinsipə düşən Müdafiə Nazirliyi rəhbərliyi bütün hərbi komissarlara tapşırıq verib ki tabeçiliyində olan aşağı rütbəli işçilərin heç birinə əmək haqqı verilməsin. Nazirliyin göstərişinə əsasən artıq hərbi komissarlıqlarda hərbi komissar və onun müavinlərindən başqa heç kimə maaş verilmir. Hərbi komissar bu məsələni müdafiə büdcəsindəki pul çatışmamazlığı ilə əlaqələndirib.  Nəticədə hərbi komissarlıq sistemində çalışan 1000-dən artıq işçi 4 aydır ki maaş üzünə həsrət qalıb. Mənbənin bildirdiyinə görə artıq həmin işçilərdən 100-ə yaxını əlacsızlıqdan öz ərizələri ilə komissarlıq sistemindən çıxıb.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Müdafiə Nazirliyindən hərbi komissarlıqlara qadağa
Yazılma Tarixi : 12.03.2010
Xəbər Etiketləri : Müdafiə Nazirliyindən hərbi komissarlıqlara qadağa
Oxunma Sayı : 643
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Vergilər Nazirliyi hüquqi şəxslərin elektron qeydiyyatına başladı
Bələdiyyələr öz səlahiyyətlərini müdafiə etmirlər
Küçələrə atılan uşaqlar qanunsuz nikahdan doğulanlardır
Vətən yolunda canını verənlərin haqqı yeyilir
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
Nərimanov rayonunda Gənclər Günü qeyd edilib


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.