Zaurla Rahn fərdi qaydada məşq edir
"Neftçi" "İnter"lə oyunun hazırlıqlarını davam etdirir."omanda bu gün İsmət Qayıbov adına stadionda məşq keçib. "Neftçi"nin heyətindəki zədəli futbolçular - Zaur Tağızadə və Taavi Rahn fərdi şəkildə məşq ediblər. Хatırladaq ki, son iki oyunu məhz "İnter"ə qarşı keçirən "Neftçi" növbəti iki görüşdə də "bankirlər"lə qarşılaşacaq. Martın 13-də Premyer Liqanın 23-cü turunda keçiriləcək oyun "Şəfa" stadionunda baş tutacaq. Bu komandalar arasında Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşü isə martın 17-də keçiriləcək.
|