O 63 saylı Sabirabad dairəsindən Razi Abasbəylinin xeyrinə dairəsini dəyişib
Aldığımız məlumatlara görə, millət vəkili Pənah Hüseyn deputat seçildiyi 63 saylı Sabirabad birinci seçki dairəsindən namizədliyini irəli sürməyəcək. Demokratiya Uğrunda İttifaqdakı mənbələrdən verilən xəbərdə bildirilir ki, artıq 83 dairə üzrə namizədlər müəyyən edilib. Müəyyən olunmuş dairələr arasında 63 saylı dairədən namizədliklərini irəli sürən yoxdur.
Məlumatlara əsasən Pənah Hüseyn DUİ-nin toplantılarında açıq şəkildə bəyan edib ki, artıq Sabirabaddakı komanda və dayaqlar zəifləyib. O, hazırda rayonda ən güclü komandanın Ümid Partiyasının rayon təşkilatında cəmləşdiyini açıq şəkildə bildirib. Deyib ki, namizədliyini məhz Ümid Partiyasının iqtisadi siyasət komissiyasının rəhbəri Razi Abasbəyli irəli sürdüyünə görə geri götürür. Deputat açıq şəkildə etiraf edib ki, bu dairədən ən çox şanslı olan şəxs məhz Razi Abasbəylidir.
Qeyd edək ki, R.Abasbəyli də əslən Sabirabad rayonundandır.
|