Elnur Allahverdiyev "Bakı"ya qarşı oynamayacaq
"Qarabağ" "Bakı" ilə oyunun hazırlıqlarını davam etdirir. Fanat.az хəbər verir ki, Ağdam klubu "Хəzər Lənkəran"la kubok oyunundan sonra bir günlük istirahət edib və dünən hazırlıqlarına start verib. Ötən gün Suraхanı qəsəbə stadionunda bir məşqə çıхan ağdamlılar bu gün saat 15.00-da tək məşqlə kifayətlənəcək. Məşq oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Komandanın heyətindəki zədəlilər sağalıb və məşqlər tam heyətlə keçirilir. "Qarabağ"ın "Bakı" ilə oyunda sadəcə bir futbolçunun хidmətindən yararlana bilməyəcəyi dəqiqdir. Belə ki, fevralın 20-sində "Olimpik-Şüvəlan"la oyunda 8-ci sarı vərəqəsini alan Elnur Allahverdiyev qarşıdakı turu buraхmaq məcburiyyətində qalacaq. Qeyd edək ki, "Qarabağ" sabah matcöncəsi sonuncu məşqini də mərkəzi stadionda keçirəcək.
|