Metropoliten isə bunu normal hal sayır
Martın 11-də Bakı Metropolitenində yenə qatarların gecikməsi baş verib. Qatar səhər saatlarında təxminən 5-6 dəqiqə hərəkət etməyib. Bu isə insanlar arasında narazılıq, çaxnaşma yaradıb. Bakı Metropolitenindən isə "OLAYLAR"a bunun çox normal hal olduğu bildirilib. Metropoliten sözçüsü əlavə edib ki, metronun işinə son zamanlar çox qarışılır: "Nə yapışmısınız metrodanğ İşiniz-gücünüz yoxduğ Nə böyük iş baş verib ki, qatar 5-6 dəqiqə gecikib. Buna görə də zəng vurarlarğ Gedin avtobusdan yazın da. Metrodan əl çəkin. Ayıbdı sizin üçün". Qeyd edək ki, son günlər qatarların gecikməsi hallarına tez-tez rast gəlinir.
|