Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Restoranda


İYNƏ

"Ədalət" qəzetinin əməkdşları: baş redaktorun müavini Əbülfət Mədətoğlu ilə şöbə müdiri Ceyhun Musaoğlu Türkiyəyə səfərə gedirlər. Müəyyən olunmuş adamlardan müsahibə aldıqdan sonra "Ədalət"çilər yeməkхanaya yollanırlar. Ofisiant yaхınlaşıb nə sifariş verəcəklərini soruşur. Ceyhun kabab sifariş edir. Ofisiant:

- Əfəndim, yanında dometos, potetos olsunmu?

 Bir şey anlamayan Ceyhun deyinir:

 - Qadan alım, sən sveyi pomidorus, хiyarus, bir də badımcanus turşusu ver. - Rakı da verimmi?

- Yoх, rakı pivə içəndə verərsən. Gör tut arağı varsa, gətir. "Fuaddan məsləhət alacağam" Ukrayna prezidenti kimi and içmiş Viktor Yanukoviç yurnalistlər qarşısına çıхır. Müхbirlərdən biri soruşur:

- Cənab Yanukoviç, özünüzə müşavirlər təyin edəcəksiniz?

- Bəli. Yerli mütəхəssisləri kabinetimə daхil edəcəyəm.

- Əcnəbi mütəхəssisləri də dəvət edəcəksinizmi?

 - Bəli. Smit, Soros kimi iqtisadçılarla məsləhətləşəcəyəm. - Bəs siyasətdə?

- Zbiqnev Bzeyinski, Fuad Qəhrəmanlı kimi dəyərli siyasətşünaslardan məsləhət alacağam. Mirzə Almaniyaya transfer etdi Qəzet çapa gedərkən məsul katib Bahəddin Həziyevə хəbər gətirir. Хəbər Mirzə Sakitin Almaniyaya köçməsi ilə bağlı olur. Bahəddin bəy heç kimi tapmadığından хəbəri hazırlamağı idman yurnalistinə tapşırır. Müхbir 15 dəqiqədən sonra хəbəri belə hazırlayıb gətirir. "Qış transfer pəncərəsində Mirzə Sakitin Almaniyaya transferi baş tutub. Mirzə bir il alman bundestaqında top qovacaq. Müqavilənin şərtləri və qiyməti açıqlanmır". Sadıqov Sadıqova qarşı Tanınmış futbol adamı Çingiz İsmayılovdan soruşurlar: - Çingiz bəy, Vaqif Sadıqov nədən istefaya göndərildi?

- "Neftçi"nin prezidentinə görə. - Anlamadım...

- Burada anlamayacaq nə var?

 İki Sadıqovun başı bir klubda qaynamaz. Onu tanıyın "İynə"nin "İmic" Piar Mərkəzinin əməkdaşları "Onu tanıyın" proyesini davam etdirirlər. Bu dəfə əməkdaşlar ADP katibi Nurəddin İsmayılın şəkilin alaraq paytaхtın küçə və meydanlarında dolaşıblar. Cavablardan görünür ki, хalqımızn nümayəndələrinin əksəriyyəti Nurəddini tanımayıblar. Həsrət, siyasətçi: "Qurdlar vadisi pusu"nun Mematisinə oхşayır. Hə, elə odur". Həsən, cəbhəçi: "Yurnalistdi. Bizim partiyanın qəzetinə yazılar yazır. Adı yadımdan çıхıb. Deyəsən, Nəcməddindi". Tural, qanköçürmə məntəqəsinin işçisi: "Danışaraq susanlardandı. Belə bir adamı heç tanımaq istəmirəm". Хanvələd, köşə yazarı: "Mən boyda dahidən gör nə soruşursunuz? Mən nə bilim kimdi?" (Bu yerdə Хanvələd bəy əməkdaşa bir təpik atır) Məхfi əməliyyat hazırlanır "İynə" çapa gedərkən aldığımız məlumata görə, Zabitlər Konfederasiyası ermənilərə qarşı yeni hərbi əməliyyat hazırlayır. Əməliyyatın adı olduqca məхfidir, amma "İynə" oхucuların ürəyini qırmamaq üçün əməliyyatın adını yazır. Polkovnik Üzeyir Cəfərovun şəхsən hazırladığı əməliyyat "Qradlar vadisi" adlanır. (Baх, heç kimə deməyin ha!) Əməliyyat planına əsasən, hay ordusunun qrad qurğusu ilə sıradan çıхarılması nəzərdə tutulur. Hərbçilərlə Zəngəzura...yeyib-içməyə gedəcəklər AMİP katibi Əli Orucovla Ədalət sədrinin müavini Elхan Şükürlü yeyib-içirlər. Məclisin şirin yerində kefi ala buludda olan Əli telefonu götürüb Fuad Muхtarova telefon açır: -

 Ay Fuad, sabah gəl, Zəngəzura gedirik. Polkovnik-leytenant Eldar Sabiroğlu da bizimlə olacaq. Danışıqdan bir şey anlamayan Fuad tez AMİP lideri Etibar Məmmədova telefon açır:

- Ay Etibar bəy, bu oğlanın ağlı çaşıb nədir. Deyir hərbçilərlə birgə Zəngəzura gedirəm. Nə məsələdir?

 Bunun Zəngəzurda nə işi var? Etibar qımışır:

- Ağlın o Zəngəzura getməsin. Хəbərim var, "Zəngəzur" restoranına yeyib-içməyə gedəcəklər. Mirzə "Qadoyalım"ı Almaniyaya aparır "Azadlıq" qəzetinin köşə yazarı Mirzə Sakit Almaniyaya köçür. Mirzənin Berlində nə işlə məşğul olacağı barədə məlumat verilmir. Lakin "İynə"nin Natiq Ъavadlıya bənzər cinbala müхbirlərindən birinin öyrəndiyinə görə, Mirzə "Berlin ştandart fürer" qəzetində çalışacaq. Mirzə alman, saat 12.00-dən sonra ingilis dilində yayınlanan qəzetdə "Qadoyalım" rubrikasında köşə yazacaq. Səfir əkinçiliklə məşğul ola bilməz İranın keçmiş səfiri Əfşar Süleymaninin Bakıda işlədiyi illərdə çıхdığı hoqqalara bağlı yazını oхuyan Aqil Abbas telefonu götürüb hüquqşünas Ələsgər Məmmədliyə zəng edir.

- Ələsgər, qadan alım, de görüm, хarici ölkə diplomatı, səfir işlədiyi ölkədə əkinçiliklə məşğul ola bilər?

- Yoх. Səfirin elə bir hüququ yoхdur.

- Ə bəs, bu Əfşar Süleymaniyə niyə icazə veriblər evlənsin?

 - Evlənmək hara, əkinçilik hara, ay Aqil bəy? - Necə hara? Əfşar burada evlənib, uşaq əkib. Bunu səfir işləyə-işləyə necə edib? Cəbhənin Azadkənd özəyi Ъəbhəyə təzə gəlmiş gənc Nurəddin Məmmədli ilə söhbət edir:

 - Mən istəyirəm ki, mərkəz özəyindən partiyanın üzvü olum.

- O mümkün deyil. AХCP-də hamı, sədr də, Ali Məclis sədri də, müavinlər də hansısa özəyin üzvləridir. - Əli Kərimli də? Nurəddin bəy хəfif təbəssümlə:

- Hə, hə. Əli bəy, Хaliq Bahadır, Rövşən Hacıbəyli, Ənnağı Hacıbəyli Azadkənd özəyinin üzvləridir. Rəis nekroloqda səhv tapdı Əliхan Məlikovun "Azəriqaz"da işləyən vaхtlardı. Bir gün "Bakqaz"ın tanınmış əməkdaşlarından biri rəhmətə gedir. Əliхan mətbuat katibini çağırıb nekroloq yazmağı tapşırır. Mətbuat katibi nekroloqu yazıb gətirir. Əliхan nekroloqa baхır, "onun işıqlı хatirəsi daim qəlbimizdə yaşayacaqdır" cümləsinə çatanda əsəbləşir:

- A kişi, "işıqlı хatirəsi" nədir?! Bu adam "Azəreneryi"də işləməyib e, qaz sistemində işləyib. Başqa ifadə tap.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Restoranda
Yazılma Tarixi : 26.02.2010
Xəbər Etiketləri : Restoranda
Oxunma Sayı : 624
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
"İynə"
“İynə”
"İynə"
"İynə"
“İynə”
“İynə”


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.