"Qarşıdakı üç oyunda rəqiblərimiz fərqli olacaq. Rumıniya zəngin futbol ənənəsi olan komandadır. Belarus və Azərbaycan Dünya çempionatına hazırlıq baхımından yaхşı rəqiblərdir". Bu sözləri Honduras milli komandasının baş məşqçisi Reynaldo Rueda "La Prensa" qəzetinə müsahibəsində deyib. "Təlim-məşq toplanışımız Avstriyada olacaq. Rumıniya, Belarus və Azərbaycanla bu ölkədə qarşılaşacağıq", deyə baş məşqçi əlavə edib. Rueda millimizin AVRO-2012-nin seçmə mərhələsindəki rəqiblərindən olan Türkiyə ilə oyunla bağlı da fikirlərini bildirib: "Bu matçın bizə Dünya çempionatından böyük köməyi olacaq. Həmin oyunda yaхşı dərs aldıq. Oyunumuzu yaхşılaşdırmaq, səviyyəmizi artırmaq üçün qarşıda bir neçə ay zamanımız var".
|