"Liverpul" məğlub oldu, "Yuventus" qələbə qazandı
Fanat: Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Fanat.az хəbər verir ki, ötən gecə 8 qarşılaşma baş tutub. Araz Abdullayevin transfer olunduğu Rusiyanın "Rubin" klubu Almaniyan çempionu "Volfsburq"u qəbul edib. Oyunda qalib müəyyənləşməyib - 1:1. "Rubin"in heyətində Kristian Noboa fərqlənib. Gecənin maraqlı qarşılaşmalarından biri Fransada baş tutub və "Lill" "Liverpul" qəbul edib. "Fənərbaхça"nın qənimi ingils nəhəngini minimal hesabla yenib. "Qalatasaray"ı mübarizədən kənarlaşdıran "Atletiko" Madriddə Portuqaliyanın "Sportinq" klubu ilə "sülh" bağlayıb - 0:0. "Tvente"ni 1/4 finalda iştirak etməyə qoymayan "Verder" İspaniyadan "Valensiya"nın qonağı olub və meydanda 1:1 hesablı bərabərliklə ayrılıb. Qeyd edək ki, 1/8 finalın cavab oyunları martın 18-
|