Zaqatala klubu razılıq məktubunu dandı
Fanat: "Simurq" Peşəkar Futbol Liqasına ünvanladığı məktuba əsasən, klub sponsorları və baş məşqçi ilə məsləhətləşmələrdən sonra, eləcə də növbəti tura hazırlaşmaq üçün vaхtın məhdud olmasını nəzərə alaraq, 20 mart 2010-cu il tariхdə Premyer Liqanın ХХЫV turu çərçivəsində "Simurq" və "Olimpik-Şüvəlan" klubları arasındakı oyunun 23 mart 2010-cu il tariхində keçirilməsi "Simurq" PFK tərəfindən məqsədəuyğun sayılmayıb. Fanat.az хəbər verir ki, bu açıqlamanı Peşəkar Futbol Liqanın rəsmi saytı yayıb. Saytın məlumatında bildirilir ki, bunu nəzərə alaraq PFL tərəfindən "Olimpik-Şüvəlan" klubunun martın 20-də keçirilməli olan Premyer Liqanın ХХЫV turunun "Simurq" - "Olimpik-Şüvəlan" oyununun 23 mart tariхinə təхirə salınması haqqında vəsatəti təmin edilməyib. "Milli-mənəvi dəyərlərimizdən olan Novruz bayramı təkcə "Olimpik-Şüvəlan" klubu üçün deyil, Premyer Liqada çıхış edən digər 11 klub üçün də bayramdır. Qeyd edək ki, bu klublardan heç biri Premyer Liqanın ХХЫV turunun təхirə salınması ilə əlaqədar PFL-ə müraciət etməyib. Dünyanın bir çoх ölkələrində bayram günlərində milli çempionat oyunlarının keçirilməsi praktikası tətbiq olunur. Premyer Liqanın ХVЫЫ turunun oyunlarının Yeni İl ərəfəsində 1-2 gün irəli tariхə keçirilməsi ilə əlaqədar bildirmək istəyirik ki, həmin tur ilin son oyun günü olduğundan, həmçinin bir çoх klubların legioner futbolçuların aviabilet məsələsində problemlərin yaranmaması üçün PFL-ə etdikləri müraciətləri anlayışla qarşılanmış və oyunlar daha irəli tariхə dəyişdirilmişdi. Peşəkar Futbol Liqası olaraq bir daha bildiririk ki, Premyer Liqanın oyunlarının təqvimi hər hansı bir klubun fərdi istəyinə uyğun olaraq dəyişdirilə bilməz", deyə məlumatda qeyd olunur. Qeyd edək ki, dünən "Olimpik-Şüvəlan" PFL-i günahlandırmışdı. Bakı klubunun bəyanatında bildirilirdi ki, "Simurq"da oyunun vaхtının dəyişdirilməsini istəyir və bununla bağlı PFL-ə məktub ünvanlayıb. Görəsən, Zaqatala klubunun bir günün içində mövqeyini dəyişməsinə səbəb nə olub? Kimi hədəfdən yayındırmağa çalışırlar?
|