Şotlandiyanın Qlazqo şəhərində üç rusiyalı emiqrant özünü hündürmərtəbəli binanın pəncərəsindən atıb. Məlumata görə, onlar Böyük Britaniyadan sığınacaq istəyən, lakin rədd cavabı alan bir ailənin üzvləridir (40 yaşlı ər-arvar və onların övladı). Çox güman ki, suisidə səbəb departasiya haqqında alınan bildiriş olub. BBC-nin məlumatına görə, ailə Böyük Britaniyaya 2007-ci ildə gəlib. Onların yaşadığı bina qəzalı olduğundan, sakinlər binadan köçürülmüşdü. Burada yalnız Afrika, Şərqi Avropa və Asiya ölkələrindən gəlmiş miqrantlar qeyri-leqal yaşayırmış. Onlardan bir çoxu Britaniya hökumətindən siyasi sığınacaq xahişinə cavab gözləyənlərdir. ("OLAYLAR"İA)
|