Alim /"OLAYLAR"İA/ Sumqayıt şəhəri 5-ci mikrorayon ev 33/6 ünvanda yaşayan Çingiz Kərimova məxsus 3 otaqlı mənzildə yanğın baş verib. /"OLAYLAR"İA/ Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə 6 kvadratmetr sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Hadisə zamanı evdə olan İradə, Sevinc, Adil, Elsevər Krimovlar və Bəkir Ağayev tüstüdən zəhərlənmə ilə xəstəxanaya müraciət ediblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda yanğının baş vermə səbəblərini müəyyən etmək məqsədilə araşdırma aparılır.