Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Təcili yardıma müraciətlərin sayı artıb


Havada müşahidə edilən dəyişkən hava şəraiti baş, ürək-damar və qan xəstəliklərindən əziyyət çəkənlərin səhhətinə mənfi təsir göstərir. Bir gün günəşin çıxması, günün ikinci yarısında havanın soyuması, digər bir gün dəyişkən hava şəraitinin müşahidə edilməsi təcili yardım xidmətinə müraciət edənlərin də sayını artırıb. Sinoptiklər isə fevral ayının havanın yenidən temperaturun kəskin aşağı düşəcəyini proqnozlaşdırırlar. ("OLAYLAR"İA) Qarşıdakı künlərdə ölkə ərazisinə qar yağacaq, temperatur 0 dərəcə təşkil edəcək. Təcili Yardım Stansiyasında aldığımız məlumata görə, havadakı dəyişkənliklə bağlı gün ərzində xidmətə müraciət edənlərin sayı 1200-ə çatıb: "Qeyd edək ki, müraciət edənlərin əksəriyyətində özlərini pis hiss etmə, hallarında dəyişikliklərin baş verməsi kimi hiss edilir. Bir çox xəstələr isə hava şəraiti dəyişdikcə ürək ağrılarından, baş və boyun nahiyyəsindəki ağrılardan, təzyiqin aşağı düşməsi və ya yüksəlməsindən şikayətlənir. Təcili yardıma müraciət edənlər sırasında tamamilə sağlam səhhəti olan insanlar da var. Onlarda hava dəyişdikcə yuxarıda sadalanan problemlər baş qaldırıb. Ümumiyyətlə, qeyd etmək istəyirik ki, hava şəraitində müşahidə edilən dəyişkənlik nəticəsində orqanizmdə dəyişikliklər hiss olunarsa dərhal həkimə müraciət zəruridir. Belə günlərdə idmanla məşğul olmaq, müxtəlif müalicəvi otlardan istifadə müsbət təsir göstərir". Xidmətin növbətçi həkimi əhali arasında qripin yayılması hallarının artdığını da bildirdi: "Bu qriplər yüngül xarakter daşıyır və bu fəsil üçün xarakteridir. Qripə yoluxanlar ev şəraitində də müalicə ala bilərlər. Ümumiyyətlə qış aylarında immunitetin möhkəmləndirilməsi vacibdir ki, mövsümi xəstəliklərdən yan keçmək mümkün olsun. Ancaq qripin ev şəratində keçməməsi müşahidə edilərsə, xəstədə qızdırma, öskürək, ürək bulanma və s.hallarda da həkim müdaxiləsi vacibdir. Bu günlərdə də uşaq və yaşlı insanlarda da problemlər üzə çıxır. Bol meyvə-tərəvəz, vitaminli qida qəbul etməklə bu cür hallardan yan keçmək olar". ("OLAYLAR"İA)


 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Təcili yardıma müraciətlərin sayı artıb
Yazılma Tarixi : 09.02.2010
Xəbər Etiketləri : Tecili Tibbi Yardim
Oxunma Sayı : 725
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
Sumqayıt və Abşeron blokadada
Kiməsə bərəkət, kiməsə ziyan gətirən qar…
Şirvan təbii qaz üzünə həsrət qalıb
“Kiminsə yanında dayanıb öyrənməklə reklamçı yetişməz”
Küçələrimizin savadsız yazıları …


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.