Tərəflər arasında danışıqlar davam etdirilir
Bu il Azərbaycanda Türkiyə arasında viza rejimi ləğv edilə bilər. "OLAYLAR"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş gedir: "Bu sahədə bəzi bürokratik problemlər var. Onların aradan qaldırılması ilə bağlı işlər aparılır. Həmin problemlər aradan qaldırılandan sonra bu barədə saziş imzalanacaq". Elmar Məmmədyarov bildirib ki, problemlər aradan qaldırılarsa, bu ilin sonuna kimi vizanın ləğvi ilə bağlı saziş imzalana bilər.
|